viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | HƏYATDAN VAXTSIZ GETDİ Adalet.az | HƏYATDAN VAXTSIZ GETDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

HƏYATDAN VAXTSIZ GETDİ

ƏLƏSGƏR HƏMDULLA OĞLUNUN ƏZİZ XATİRSƏİNƏ

4684    |   2019-04-19 16:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zuvanda gedən yol beş ildir əsaslı təmir olunub. Dağlar qoynundan keçir, Kəlvəz kəndinəcən uzanır. Dar keçidlər genişləndirilib, dərələrin üstündə körpülər tikilib. Rayon mərkəzindən çıxanda 20-25 dəqiqəyə mənzil başına çatmaq olur. Axrıncı yaşayış məntəqələrindən biri Kələxan kəndidir. Təbiətin füsunkar guşəsində, Qala dağının ətəyindədir. Dağlardan axan çay kəndin tən ortasından keçir. Saf havası, bumbuz bulaqları, otları, mer-meyvəsi can dərmanıdır. Camaatı zəhmətin qədrini biləndir. Dağətəyi torpaqlarda bağ salıb meyvə yetişdirir, tərəvəz becərir, kartof əkirlər. Yazın nəfəsi duyulandan cavanların da, qocaların da əli işdə olur. Torpağı əkinə hazırlayır, bağlarda budama aparır, su arxlarını qaydaya salırlar. Yamaclarda qoyun-quzu sürüsü görünür.

Kələxan kəndi Zuvand elində ağsaqqalları, ağbirçəklərilə tanınır. Ziyalılarının sorağı ölkəmizin şəhər və kəndlərindən gəlir. Sovet hakimiyyəti illərində Lerik rayonunda məsul vəzifələrdə işləyiblər, dövlətə sədaqətlə xidmət eləyiblər. İkinci Cahan müharibəsinə 83 nəfər igid yola salınıb, 45 nəfər qayıtmayıb. Feyruz Şıxəliyev 1945-ci il mayın 1-də Berlinin Branderburq darvazası uğrunda gedən döyüşdə həlak olub. Feyruzun əmisi oğlu Seyfi də qərib torpaqda uyuyur.

Kələxan ziyalıları ötən əsrin əllinci illərində təqiblərə məruz qalıblar, ata-baba yurdundan didərgin salınıblar, əqidələrindən dönməyiblər, mərd olublar, ədalətsiz rəhbərlərə baş əyməyiblər. Bu gün onların adları el-obada ehtiramla çəkilib yad edilir.

* * *

Kələxanda Muradxanlı tayfasının nümayəndələrindən biri Mirələm kişi olub. Mirələm əmi dini təhsil almasa da, islam qayda-qanunlarını yaxşı bilirdi. Allah ona altı övlad vermişdi: Mayar, Əşrəf, Həmzə, Dürrət, Həmdulla, Niftulla. Həmdulla 1922-ci ildə anadan olmuşdu. Orta məktəbi bitirən ili ordu sıralarına çağırılmışdı. Moskvada, Kreml qarnizonunda xidmət eləmişdi. 1949-cu ildə ordudan tərxis olunub evə dönmüşdü. Rayon sığorta müfəttişliyində işə girmişdi. Sonralar təminat şöbəsində dövlət pensiyaları üzrə müfəttiş işlədi. Təqaüdə çıxana kimi bu vəzifədə çalışdı.


Həmdulla Mirələm oğlu Cəngəmiran kəndində əsl-nəcabətli Qızıl Feyruz qızı ilə evlənmişdi. Ər-arvad üç övlad ərsəyə çatdırmışdılar. Haqqında söhbət açdığım Ələsgər Şıxəliyev evin ikinci uşağı idi, 1958-ci ilin payızında doğulmuşdu. Orta təhsili Kəlvəz kənd məktəbində almışdı. Əmək fəaliyyətinə 17 yaşında başlamışdı. Qosmalian kəndindəki süd qəbulu məntəqəsində fəhlə işləmişdi. Elə ilk illərdən intizamlı, işə canyandırması ilə seçilmişdi. Aldığı əmək haqqını qəpiyinəcən evə aparar, ata-anasına verərdi.

Ali təhsil almaq arzusu gənc Ələsgəri 1976-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna gətirir. Imtahanlardan müvəffəqiyyətlə çıxır. Əmtəəşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olur. Bir ildən sonra onu ordu sıralarına çağırırlar. Yolasalmağa əmisi Həmzə Şıxəliyev, dayısı Mühacir gəlir. Ələsgər əmisinin avtobioqrafiyasını uşaqlığından öyrənmişdi. Xatirələrinin birində yazmışdı: "Hələ 5-6 yaşımda əmimin ailəmizdə, eləcə də kəndimizdə güclü bir şəxsiyyət olduğunu bilmişəm. Nə gizlədim. ərköyünlüyümə görə bəzən əmim məni şapalaqlayıb. Əli üzümə dəyə-dəyə bir barmaq boy atmışam”.

Əmisi öyüd-nəsihətini verir, intizamlı olmağı tapşırır:

-Oğlum, ordu kişilik məktəbidir. Sən bu məktəbdən üzüağ qayıtmağa çalış.

Ələsgər öyüd-nəsihəti doğruldur. Iki ildə bərkdən-boşdan çıxır, təşəkkürlər alır, xidmət borcunu başa çatdırıb doğma ocağa dönür. Ilk təbriki Həmzə əmidən alıb sevinir.

Ələsgər təhsilini davam etdirir, ixtisası üzrə iş tapır. Rayon istehlak cəmiyyətinin Lerik qəsəbəsindəki univermağında ərzaq malları şöbəsinin müdiri təyin olunur. Bu dövrdə qəsəbə sakinlərinə yağ talonla verilirdi. O, əhalinin xidmətdən razı qalmasına xüsusi diqqət yetirir. Az keçmir ki, cəmiyyətin rəhbərliyi onu başqa işə - ictimai iaşə birliyinin mühasibi vəzifəsinə irəli çəkir.

* * *

Bu sətirləri qələmə alanda gözlərimin önünə bir partada oturduğum Alim Quliyev gəldi. Alimlə Kəlvəz məktəbində ikinci sinifdə oxumuşdum. Doğma ocaqdan - mən Təlbəyəqdən, Alim Kələxandan köçdükdən sonra Lerik qəsəbəsində rastlaşdıq, üç il bir sinifdə oxuyub orta təhsil aldıq. O. Bakıda Rus dili və Ədəbiyyat İnstitutunu bitirdi. Həyatdan tez köçdü. Fərasətli övladları qaldı.

Ələsgəri evləndirmək məqamı çatanda Həmdulla kişi, Qızıl bacı uzaqda gəlin axtarmadılar. Alim müəllimin qızı Zülfiyyə xanımı seçdilər. Bu, Ələsgərin də ürəyincə oldu. 1985-ci ildə valideyinlərin xeyir-duası ilə izdivac bağladılar.

Ələsgər Şıxəliyev ictimai iaşə birliyində fəaliyyətdə olduğu uzun illər ərzində gözütox, sadə, səmimi işçi kimi kollektivdə tanındı. 1998-ci ildə onu rayon icra hakimiyyətində sosial-iqtisadiyyat şöbəsində aparıcı mütəxəssis təyin etdilər. Aparatda peşəkarlığı ilə seçildi. Şöbədə rayonun iqtisadiyyatına dair məsələlər hazırlayıb müzakirəyə çıxardı, verdiyi təklifləri bəyənildi.

Rayonun ən böyük idarələrindən sayılan elektrik şəbəkəsində gənc kadrlara ehtiyac vardı, Ələsgər satış şöbəsinə müdir göndərildi. Dörd-beş ayda işdə dönüş yarandı. Enerji sərfində israfçılığın qarşısı alındı, debitor borclar abunəçilər tərəfindən ödənildi. Şöbənin işçiləri arasında səmimiyyət yarandı, kənd camaatı ilə əlaqə möhkəmləndi. Az keçmədi ki, Ələsgər şəbəkənin rəis müavini vəzifəsinə irəli çəkildi.

Elektrik şəbəkəsində çalışdığı on ildə Ələsgər Şıxəliyev energetiklərin yaxın dostu, məsləhətçisi, yol göstərəni, qayğıkeşi olmuşdu. Işçilər ürək sözlərini, dərd-sərini ona deməkdən çəkinməzdilər. Ehtiyacı olanlara kömək edərdi, xeyir-şərə birgə gedərdilər. Ancaq iş yoldaşları bilmirdilər ki, bu mehriban insan daxilən narahatdır, xəstəlik günbəgün güc gəlir, nəfəs almasını, yerişini ləngidir.

HaşiyəƏmisi Həmzə Şıxəliyev haqqında sənədli povest üzərndə işləyirdim. Ələsgər həftədə bir dəfə mənə baş çəkib lazım olan sənədləri tapıb gətirirdi. Kitab 2011-ci ildə "Elin unudulmaz oğlu” adı ilə nəşr olundu. Bakıda təqdimatı keçirildi. Ilk nüsxələrindən birini avtoqrafla ona verdim. Oxuyandan sonra yanıma gəlib minnətdarlığını bildirdi, kəndə dəvət elədi. Kələxanda da təqdimat oldu. Rayondan gələn qonaqları Həmzə dayının evində nahara dəvət elədi. Biz bir daha qəhrəmanın həyatı ilə bağlı sənədlərə baxdıq, lent yazısında səsini eşitdik. Göstərdiyi qonaqpərvərlik və diqqətdən məmnun olduq.

2012-ci ilin iyun ayının 14-də Şıxəliyevlər ailəsinə ağır itgi üz verdi. Ələsgərin hələ 54 yaşı tamam olmamış dünyadan köçdü. Qocalıq qisməti olmadı. Iki oğlan, bir qız balası yadigar qaldı. Anar ata ocağının başındadır. Azərlə Ülviyyə Bakıda yaşayırlar, bayramlarda Zülfiyyə xanıma baş çəkir, ata məzarını ziyarətə gəlirlər.

* * *

Ələsgər elin ziyalı oğlu, etibarlı dost, qayğıkeş qohum, cəfakeş eloğlu kimi yada düşüb xatırlanır, xeyirxah əməllərindən söhbət açılır. Iki söhbətdən sətirlər:

İsmayıl Məmmədov (mədəniyyət işçisi):Biz həmkəndli, həmyaşıd idik. Uşaqlığımız bir yerdə keçmişdi. Taytuşlarına qaynayıb qarışmağı sevirdi. Nisbətən təminatlı ailədən olsa da,bunu heç vaxt büruzə verməzdi. Sadə geyinərdi, özünü sadə aparardı. Mən gənc yaşlarımdan rayon mərkəzinə köçdüm. Ələsgər də bu şəhərdə işləyirdi. Gündə maşında kəndə gedib gələrdi. Arabir görüşərdik. Aramızda yüngül zarafatımız olardı. Dərdini bir dəfə belə dilinə gətirmədi. Həyatda nikbin idi,elə nikbin də getdi.

Adil İsayev (energetik):Ələsgəri elektrik şəbəkəsində işləyəndən yaxından tanıdım. Işdə məsuliyyətliydi, verdiyi tapşırığın icrasını mütləq yoxlayardı. İşçilər arasında səmimiyyət yaratmışdı. Xeyir-şər məclislərində bizimlə olardı. Əliaçıqlıqda atasına, əmisinə çəkmişdi. Ehtiyaclarımızla maraqlanardı. Qəlbi təmiz,ürəyi el üçün döyünən bir insanı tez itirdik. Kollektivdə onun yeri görünür.

* * *

Bu yazıda Zuvand elində arzuları yarımçıq qalan bir insandan söhbət açmağa çalışdım. Nə qədər müəssər oldum, deyə bilmərəm. Təsəlli ata yolunu davam etdirən övladları, dillərdə gəzən əməlləridir. Yerin cənnət-məkan olsun, Ələsgər!

Həmzə Vəliməmmədov,

Əməkdar jurnalist.




İmza:
SON XƏBƏRLƏR
2019-08-20
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK