adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Aprel 2019 16:18
24993
ƏDƏBİYYAT
A- A+

MOLLA VƏ KOSMOS - Tural Cəfərli yazır

Molladansoruşurlar:

— Molla, rusdilindəbilirsən?
Mollacavabverir:
— Bəli.
— Rusca «buragəl», necədeyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necədeyirlər?

Mollagülüb, deyir:
— Paaah, burdaçətinnəvarki? Gedərəm o yana, yenədədeyərəm — «idisuda».

Molla Nəsrəddin lətifələri hələ də öz aktuallığını və fəlsəfi dərinliyini qoruyub saxlamaqdadır. Çoxları bu lətifələri gülməli və bir o qədər də qeyri-ciddi qəbul edir desək, yanılmarıq. Belə ki, insanların hiss və düşüncələrinə yüngülcə toxunmağın özü çox təhlükəli olduğu üçün, bu məqamlarda daha çox lətifələr köməyə çatır. Ələlxüsus Molla Nəsrəddinlə bağlı danışılan lətifələr. Söhbət lətifədən düşmüşkən bir lətifəni də deyim. Bir gün, bazarda Mollanın xurcununu oğurlayırlar. Molla xurcunun oğurlandığını görüb, meydanın ortasında dik bir yerə çıxıb, ucadan qışqırır:
— Kim mənim xurcunumu oğurlayıb, dinməz-söyləməz gətirib versin, yoxsa mən bilirəm ki, nə edəcəyəm.
Yaxınlıqda gizlənmiş oğru Mollanın bu hədəsindən qorxuya düşüb, xurcunu gətirib verir. Özü də maraqlanıb soruşur ki:
— Molla, işdi, xurcunu gətirib verməsəydim, nə edəcəkdin?
Molla deyir:
— Evdə köhnə bir cecim var. Gedib onu kəsib xurcun tikəcəkdim.

Bəzən həqiqəti elə söyləmək lazımdır ki, o insanları həm qorxuya salsın, həm də tərbiyələndirsin. Biz nəyi itirib, nəyi axtarırıq? Yaxşı sualdı. Di gəl, cavabı da bir o qədər də ürəkaçan deyil... Bu yaxınlarda NASAHerkules bürcündə iki qalaktikanın toqquşmasını əks etdirən şəkil dərc edib. NGC 6052 obyekti yüksək dəqiqliklə "Habbl” teleskopu ilə çəkilib. Sözügedən obyekt planetimizdən 230 işıq ili uzaqlıqda yerləşir. Necə də maraqlıdı, elə deyilmi? Biz isə dünyanın belə işlərlə məşğul olduğu bir vaxtda "nəzər” duası və ya "bərəkət” duasının vacibliyi haqqında mübahisələr edirik... Özümüz özümüzü aldarır, sonra da başqalarında günah axtarırıq...

Molla Nəsrəddin lətifələrini nahaq yerə misal gətirmədim. Molla Nəsrəddin lətifələrində düşüncəmizin bəsitliyini vurğalayan, avamlığı, bir o qədər də cahilliyi göstərən saysız hesabsız nümunələr var. Bu gün insanlar daha çox faydalı, bəşəriyyəti daha parlaq gələcəyə doğru aparan işlərlə məşğuldur. Bir müddətdən sonra dünyada səhiyyə, təhsil və başqa mühüm sahələrdə inanılmaz kəşflər, ixtiralar olacaq, biz isə hələ də hansı kolbasanın halal ya haram olmasından, kimin məhrəm, kimin naməhrəm olmasından narahatıq. Bizə Molla Nəsrddin lətifələri ancaq gülməli gələ bilər, əslində biz məsələnin əsl mahiyyətini dərk edə bilmirik ya da dərk etmək istəmirik...

Karl Saqan deyirdi ki, ağır həqiqət təsəlliverici uydurmadan daha yaxşıdır. Və üstəlik ən son məqamda biz əksərən həqiqətin uydurmadan fərqli olaraq daha rahatladıcı olduğunu görürük... Ətrafımızda bizim kəşf etmək imkanımız olmayan o qədər möcüzə var ki...

Məlum bir fakt. Müasir texnologiya həyatımıza elə daxil olub ki, bir an belə özümüzü ondan kənarda təsəvvür edə bilmirik. Texnologiyaların imkanları bizim nə yediyimizi, nə içdiyimizi, kimi sevdiyimizi, kimə nifrət etdiyimizi belə müəyyən edir. Ümumiyyətlə dünyada bütün insanların məhz texnologiyalar vasitəsilə nəzarəti prosesi gedir. Bu daha çox sosial şəbəkələr üzərindən aparılır.

Bu sahənin aparıcı mütəxəssisləri bizim əhvalımızı, psixoloji durumumuzu təsbit etmək imkanına sahibdir, biz isə həyatımızı asanlaşdıran və rahatlaşdıran avadanlıqları, texnikanı "kafir” icadı hesab edirik...

Bir dəfə hicablı bir xanımla rəfiqəsinin söhbətinə türklər demiş istəmədən də olsa qulaq musafiri oldum. Əlində "İphone” tutan hicablı xanım, rəfiqəsinə geyindiyi cins şalvarın "haram” buyrulduğunu bildirib onu inandırmağa çalışırdı ki, belə geyimlərə İslam dinində qadağa qoyulub və bu yaxşı hal deyil... Xanımın əlindəki "İphone” baxdım, ürəyimdə bu icadı edən "kafir” ölkəsini bir xeyli düşünüb susdum...

Belə düşüncə ilə biz həmişə "idi suda” kəlməsinin arxasında qalıb, "arxada qalmaq” sözünüMolla Nəsrəddin kimi rus dilinətərcümə etməkdə çətinlik çəkəcəyik...