adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 Aprel 2019 09:25
12408
GÜNDƏM
A- A+

İLHAMİ ERMƏNİ HAMLETDƏN BACILARINI NİYƏ SORUŞDU?

İlhami Fətəliyevin, Polad Bülbüloğlunun, Fərhad Bədəlbəylinin və Kamal Abdullanın Şuşaya məlum səfəri zamanı belə bir hadisə olmuşdu. Küçədə gedərkən İlhami qapıbir qonşuları Hamletlə rastlaşır. Görüşürlər, hal-əhval tuturlar, İlhami bic-bic qımışıb deyir:

- Ə, Hamlet, bajıların nətərdi?

Bir məşhur jurnalist vardı Nəriman Həsənəliyev, duz idi başdan-ayağa. «Neftçi» Bakıda uduzub, «Ararat» da səfərdə udub. Nəriman da erməni məhləsində erməni evində kirəkeş yaşayır. Oturub həyətdə dilxor , bu vaxt ermənilər gəlirlər, guya «Neftçi»yə ürəkləri yanır , başlayırlar «Neftçi»ni söyməyə. Nəriman da qalıb belə.

- Ara, bu it uşaqları yenə bizi dilxor elədi. Bu namərdlər yenə uduzdular. Bu qəhbələr…

Nəriman qoymur cümləni bitirələr deyir:

- Aşot, qəhbə dedin, bacın yadıma düşdü, xəstəydi, nətərdi?