KÖNÜL TƏQVİMİ

İRADƏ TUNCAY
56925 | 2019-04-21 12:35

Sənhardan gəldin çıxdın buralara, ay oğlan? İllər keçib axı. Qorxudan böyümüş gözlərində heç dəyişməyib. On yaşımın sarsıntısı – arıq, çəlimsiz, ürkmüş, yediyi qapazlardan biraz da büzüşmüş oğlan uşağı. Sinif-sinif gəzdirirlər onu, direktor deyib ki,bütün aşağı-yuxarı sinif şagirdləri üzünə tüpürsünlər, bufetdən bulkaoğurlayıb. Sidq ürəklə tüpürən uşaqlar, "ar olsun"- deyib qışqıran müəllimlər- iyrənc. Unutmadım heç…


Bəlkə də indi böyükoğrulardandı o uşaq, tüpürənlər də alqışlayırlar onu. Bəlkə də yox...

***
Odamvə yatağım. Qaranlıq düşəndən təkadamlıq kameraya çevirirəm. Nəzarətçisi də, məhbusuda özüm. Burda hamıdan gizlidi – bütünqorxularım, düşüncələrim. Niyə fikirlisən sualı yox, gözündən axanı görən yox...

Kimi ürəyinə axıdır, kimi üzünə... deyirlər. Bəlkə ürəyinə axıda bilsən, gizlətməyə hacətolmaz?.. Və bu hücrədə Yuxarılardan gələcək edam hökmünün icra olunacağını gözləyibdə keçmişin qatlarını açmağa imkan olmaz?.. Ölüm, ixtiyarlanmaq qorxusunu bu qədəryaşamazsan? Nə vaxtsa hamı üçün gələcək gün... Qəribə duyğudu - keçmişixatırlayıram canlıdı. Gələcək gün deyirəm – ölüm, qocalıq gəlir ağlıma...

İndi bu sıradan yuxusuz gecələrdən birində yenəolumlu-ölümlü fikirlər sarıb məni. Rahat-rahat əzab çəkmək üçün ən ideal ərazi –odam və yatağım. Səhərəcən çabala səndənbezgin yatağın içində, o üz-bu üzə.

İşığı keçirirəm, gözlərimqaranlığa öyrəşməyə başlayır. Qaranlığın sükutuna yanaşı otaqdakı televizorun səsiqarışır. Hələ bir xeyli vaxt həmin səs də, qaralıb-ağaran işıqlar da odamın sərhədlərinipozacaqlar.Bir anın içində gözüm öyrəşdi qaranlığa, indiunuda bilmədiklərimə heç nə mane olmayacaq. Ehtiyatla, ayaqlarımı qoruya-qoruyayaxınlaşıram yatağıma. Nə böyük görünür, Tanrım, yuxu axtardığım bu məkan?Yatağı pulnan almaq olur, yuxunu hardan alacam? Gecəynən səhər arasındakı vaxtısaata baxıb bəlirləyirəm, itirdiyim zamanı hardan alacam?



***

Planetdi vallah, yatağım. Gecəplaneti. Hələ ki səthi düppədüzdü. Bir azdan səhərə gedən yolun bürüşdürübyaman günə qoyacağı mələfə dağ-dərəyə, vulkanlara dönüləcək. Qütblərə ayıracamonu. Yastığım dörd cəhətin dördünü də gəzəcək. Hünəridi kimsə mane olsununutmağa. Əlimin, ayağımın toxunmadığı yerlər də buzlaqlar. Səhərə qədər onlarda yerlərini dəyişəcəklər. Azar, vallah, bu planetin içində adam. Xəritə lazımidi, xəritə... Əlimdən tutub gəzdirəcək kimsə gəlmir bu planetə. Nəhəng əzabyatağı - xəritəmdə qeyd edim bütün nöqtələri. Miqyas nə olacaq görəsən – ağrının acıya nisbəti? Və ən yaxın məsafədən ənuzaq yaddaş nöqtəsinə gedəcək sözlər olacaq, deyəsən mayak. Bəzən söz... Bəzənrəqəmlər... Hansısa bir günün səninçün dəyəri var, unutmursan... Özlüyündəfikirləşirsən – filan ilin, filan günündə...deyirsən. Önəmli sayırsan axı... Əvəzində "Sabah da həmin günün sonrası gələcək"deyirlər... Qəribədi, çox qəribədi... Keçmişi xatırlamaq istəyirsən, lap yaxınkeçmişi – "Lazım deyil, eyni çayaiki dəfə girmək olmaz"- deyirlər. Halbuki nə çayın səsini, nə suyun sərinliyiniunutmaq mümkün deyil...

Gələcək haqqında düşünmək istəyirsən,yaxın gələcək – "Lazım deyil, bizdənasılı deyil, Tanrı bilər"- deyirlər... Bəs, axı bu gün keçmişdən, xatirələrdənvə gələcək ümidlərdən oluşur... Filmotekamın rəflərində mutlu sonla bitən aşkfilmləri yox. Tanrım, çıxmaz sokak...

Boş ver, unuda bilmədiklərinəlindən tutub aparacaq səni hara desən. Keçmişi xatırlama! - deyirlər. Niyə? Nəvarsa ordadı... Bütün canlı-cansız nə varsa... Otyeyən, ətyeyən, yırtıcı...Ovçu olanlar, ov olanlar...
Və gəlir gözümün qabağına pəncərəninqarşısında corablarını dartıb qaydaya salan qızcığaz… Bir neçə saniyə sonraözünü boşluğa atacaq qızcığaz….


Qızcığaz, qızcığaz, qulaq as bir an,
Məhbəs qanununu anlamayırsan…


Musa Cəlil də yadıma düşdü. O, quşcuğaz yazmışdı"Moabit dəftəri”ndə... Nə fərqi var – oda quş kimi uçub getdi…

***

Çaplinin bir filmi var – bəlkə xatırlayarsınız.Acdı adam və gördüyü adamlar da gözünə toyuq kimi görünür...
Oğlumun bir dostu yolda maşın vurmuş bir adamı xəstəxanayaçatdırmışdı. İnsanlıq etmişdi... Sonra başına o qədər oyun açdılar ki... Ona datoyuq kimi baxmışdılar. İnsanlığının müqabilində.
O qadına da sistem toyuq kimi baxıb həmişə. O daitirib insanlığın...
Hələ indi necə soyacaqlar onu... Direktoru deyirəm...

***
Məndəbelə bir təəssürat var ki, yaşadığımız dövr Yer kürəsinin indiyə qədər keçibgəldiyi inkişaf yolunun bütün özəlliklərini özündə cəmləşdirib. Ətrafımızdadinozavrlar da var, birhüceyrəlilər də, həşəratlar da. Güclülər zəifləri yeyir.Uyğunlaşa bilib rəngdən-rəngə düşə bilənlər xata-bəlanı öz üstlərindənsovuşdura bilirlər. Kaynazoyun son dövrü insanın yaranıb formalaşdığı dövrdü – antropogen. Alimlər yəqin ki, elmiaraşdırmalara əsaslanıb fikir yürüdürlər – yeni dövr yeni yaranacaqməxluqatların adı ilə adlandırılacaq. Siz bilən nə ola bilər?

Dövrümüz isəəvvəlki coğrafi dövrlərin özəlliklərini saxlamaqdadır. Mezozoyda dinozavrlaryaşayıb, kaynazoyda bizlər. Onlardan çoxmu fərqlənirik? Robot düşüncəli,dinozavr iştahalı, buqələmun xislətli canlılar yeni dövrün canlıları sayılabiləcəkmi? Zəmanənin rejim, formasiya dəyişmələrinin şokundan hələ özümüzə gələbilməmişik. Hansı dəyişikliyin bizə xeyiri olub ki? Alimlər deyirlər yeni dövrgəlir. Bir təskinlik var – fərziyyələrəgörə, dinozavrlar, mamontlar çox yekə olduqlarından məhv olublar, bir dövrdən obiri dövrə keçə bilməyiblər. Yəni nə demək istədiyimi anladınız. Bəzi hallardaxırım-xırda olmağın da faydası var.

Təbiətdə baş verən kataklizmlər - zəlzələlər,vulkanlar böyük dağları-dərələri, yarğanları da yaradır, kiçik təpələri də.Qayıdaq yenə Yasamal dağlarına. Hündür, başı qarlı, əzəmətli dağlarlamüqayisədə bu təpəciklərin nə gözəlliyi gözə görünür, nə də yaşıllığı. Ammasöykəndiyi, arxalandığı dağlar var. Ona görə də bu təpələrə təpə yox, sıradağlar deyirik, böyük dağların xırda zəncirləri, arxalı dağlar. Sonra qulağımabir məsəlin əks-sədası gəlir – "Arxalı köpək qurd basar". İt olandanə olar, itin də gərək yiyəsi olsun. Heç sahibi ilə birlikdə gəzən qarnıtoxitlərin görkəminə fikir vermisiniz? Ya da zibilliklərdə eşələnib sümük axtaran,uşaqların daş-kəsəklə vurub şikəst elədikləri yiyəsiz itlərə diqqət eləmisiniz?Onların gözlərinə baxmısınız? Bu gözlər sizə heç nəyi xatırlatmır ki? Baxımsızqalıb, saralıb-solan ağacları, sahibinin od-alov altında qoyub qaçdığı tənha,yiyəsiz evlərin pəncərəsini xatırlatmır ki? Xaraba kəndləri, şəhərləri, viranəqəlbləri, ürəkləri xatırlatmır ki? Alçaq dağları yaratdığını zənn edən birməmurun buz baxışları ilə üzləşib, nazlı-ədalı katibənin qəbul otağındankor-peşman qayıdanda heç özünüzü bu itlərin yerində hiss eləməmisiniz ki? Bütüncansız əşyalar da, canlı varlıqlar da yiyəsiz olanda bir-birinə oxşayır.

Son vaxtlar təkcə alimlərin yox, siyasətçilərin dəçıxışlarını intensiv izləyirəm. Görünən budur ki, Yer kürəsində həm də yeni dünya müharibəsi gedir. Özü də budəfə siyasətçilər öz tarixi səhvlərini düzəldiblər. Bundan öncəki iki böyükmüharibə Avropanın ərazisində gedib, indi Şərqi yerlə-yeksan edirlər. Özü dətoy-bayramla. Neçə illərdi Şərq yiyəsiz itlərin durumundadı. Hərə bir daş atır.Neçə milyard əhalisi olan bu böyük planetdə yaşamağa yer, içməyə su tapmayan,vətənində vətənsiz qalan millətlərin hayqırtısını heç kim eşitmir. Supermillətlərin super maraqları üzündən qaçqın düşərgələrində yaşayıb öz halalhaqqını tələb edənə terrorçu deyirlər. Böyük dövlətlərin də, böyük adamların daprinsipi budur. Amma günlərin bir günü qaralar da zəncirini qırıb yaşam haqqınıistəyə bilər. Tale birinə süpürgə verir, birinə hakimiyyət. Amma bəzən taleyinironiyası yerdəyişmələr də edir. Çinin sonuncu imperatoru bir vaxtlar taxtdaoturduğu sarayın həyətini süpürməyə məhkum olunmuşdu. Günlərin birində onun dagüvəndiyi dağlara qar yağdı. Allahım, niyə kimsə ibrət almır?

Böyük zirvələrin ətəyinə yapışıb sıralanan təpələrnədənsə mənə qoluzorlu adamın çoxsaylı qohum-əqrəbasını xatırladır. Ammavulkanik proseslər davam edir. Təbiətdə də, cəmiyyətdə də. Sahibsiz, yiyəsizitlərə daş atmayın, dağlara bəzən qar da yağır.

Tarixi vərəqləmək həm də yaddaşıtəzələməkdir. Bu da insanı dünənə, keçmişə yenidən baxmaq, olanlara vəolmuşlara yenidən qiymət vermək imkanı yaradır. Çox qəribədir, gəlib keçənigötür-qoy edəndə qərara gəlirsən ki, tarixi hadisələr də insan taleyinə bənzəyir….

***


Kvazimodanın ürəyi yandı...

***
-Padre!

- Görünür, bunun nə demək olduğunulazımınca başa düşməmisən. Bunu başa düşməyin də çətindir, çünki çox cavansan.Sən yaşda olsaydım mən də başa düşməzdim, Artur! Sən mənim üçün öz oğlumkimisən, bunu anlayırsanmı? Sənə baxmaqdan doymuram, gözümün işığısan. Səniyanlış bir addım atmaqdan çəkindirmək, həyatını qorumaq üçün mən ölməyə dəhazıram. Ancaq indi acizəm... Mən səndən tələb etmirəm ki, söz verəsən...Səndən xahiş edirəm, dediklərimi yaddan çıxarma, ehtiyatlı ol. Qəti qəraragəlməmişdən əvvəl yaxşı fikirləş.

Bu atası olduğunubilməyən Arturun Montanelli ilə söhbətidi. Yeniyetmə Arturun. Sonra"gözümünişığı”dediyi adama inamın ölməsi Arturu da intihara aparır. Hamı üçünölür... Rivares kimi qayıdır və yenə onlar bağlı olduqları həqiqətlərin əsiriolurlar... Bu ideyalar, bu həqiqətlər nə qədər insanı intihara aparıb görəsən?Ya da itkin insanlar siyahısına salıb?!

***

Ömrümüz boyu oqədər direktorlarımız olub ki....

***
Könül təqvimi dəgündəlik təqvimə bənzəyir. İşğal günləri çox, xoş günləri də elə-belə...




TƏQVİM / ARXİV