adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: BU İGİDƏ QURBAN DAYÇALAR

AQİL ABBAS
48910 | 2019-04-21 12:28

Yadınıza düşürsə, Yasin Quliyev adında bir vunderkind balamız haqqındamətbuatda yazılar getmişdi. Deməli, bu balamız «II robot olimpiadası»nda birinci yeri tutmuşdu. Və Meksikada keçiriləcəkbeynəlxalq yarışa iştirak hüququ qazanmışdı.

Amma yol pulu tapa bilmirdi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyindənxahiş eləmişdi ki, onun Meksikadakıbeynəlxalq yarışda iştirakı üçün maddi köməklik göstərsinlər. Üç adlı (nəqliyyat, rabitə və yüksək texnologiyalar)bir nazirlik bu vunderkind balamıza cavabvermişdi ki, sənə maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədi.

Buyerdə deməsəm ürəyim partlayar ey! Deməli,«Neftçi» öz meydançamızda babat uduzub, KQB-nin polkovnikirəhmətlik Aydın Abdullayev gecə «Neftçi» uduzduğuna görə dilxor haldaevə gəlib. Görüb blokun ağzında Əbdülqəni Məmmədovla Səmədağa Şıxlarov söhbət edirlər. Həmin bina indiki «Azadlıq» prospektindəKQB-nin əməkdaşları üçün tikilmişdi. Binadan da bir neçə futbolçuya mənzil vermişdilər. Polkovnikailəsi ilə ikiotaqlı mənzildə yaşayırdı , amma subay futbolçular üçotaqlımənzillərdə.

Nəisə. Aydın müəllim əsəblərini saxlaya bilmir :

-Ə, hərəniz dörd dənə ad-familiyanı zaniteləmisiz, amma bir adamlıq futboloynaya bilmirsiz.

Sonraikisini də babat çırpmışdı..

İndibizim üç adı «zanit» edən nazirliyimiz bir uşağa maliyyəvəsaiti tapa bilməmişdi, daha dəqiqdesək, istəməmişdi.


İndibu günləri baxıram bütün saytlar, mətbuat həmin uşaqdan – Yasin Quliyevdən fərəhlə, sevinclə yazırlar. Deməli , bu vunderkid balamız yuxarıda adını çəkdiyimiz olimpiadanın qalibi olduğu üçün 56min dollar təqaüd qazanıb.Türkiyənin Sabançı universitetindən. Alitəhsilini də həmin universitetin kompüter mühəndisliyibölməsində davam etdirəcək. Və yəqinki, gələcəkdə ya Amerikası, ya Almaniyası,ya İngiltərəsi Yasinin üstündə dava salacaqlar ki, onlara xidmət eləsin.

Beləbir vunderkidi öz əlimizlə özgələrə təslimedirik.

Tanrısəni qorusun, oğul! Tanrı səni gözdən-nəzərdən qorusun! Tanrı səni qədirbilməzlərdən qorusun!

Buigidə qurban dayçalar,

Millətsəni uçurandan sonra sənə əl çalar…

P.S. Həmin vaxt bu məsələ ilə bağlı mən dəMirzə Cəlil sayağı bir köşə yazmışdım. Həminköşəni də bugünki nömrəmizdə oxuya bilərsiniz.


TƏQVİM / ARXİV