adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Aprel 2019 14:50
7077
MƏMLƏKƏT
A- A+

Həqiqətdir amma dəhşətli həqiqət

Aprel şəhidi Mahir Mirzəyevin statusu:

"Beş dəqiqə sonra ölsən kimin vecinə olarsan görəsən? Çox dəyər verdiyin internet saytlarının feysbuku? Ən çox bu ola bilər: Dostumuzu itirdik nəbilim nə... Ürəyimizdəsən. Açılan mövzuya təşəkkürlər, layklar bəlkə hamı imzasına səni qoyar, yazılar yazar filan. Amma həqiqətən kimin vecinə olarsan? Yoxluğun kimi yıxar? Kim səni axtarar? Kim darıxar? Kim ağlayar? Sevgilin? Yoox... Çox aşiq idizsə bir-birinizə ən çox 1-2 il heç kimlə görüşməz, heç kimə baxmaz. İlk əvvələrdə çox ağlayar bəlkə. Bəs sonra? Evdə səni gözləyər? Yox. Səni sevərək ölər? Yox. Unudularsan. Çünki həyat davam edir. Həqiqətən bu dünyaya nələrsə qoyduğunu fikirləşərsən ancaq heç nə. Heç kim məni unutmaz deyərsən. Ancaq unudulub gedərsən. Həyat belə bir şeydi. Qəbul etsən də, etməsən də. Həqiqətən kim sənin yoxluğuna əhəmiyyət verər? Dostun? Yox... Zamanla o da unudar səni. Hamı kimi. Sən necə hamını unuda bilirsən, hamı da səni unudar. Ancaq sadəcə ailən kədərlənər. Həqiqətən onların ən çox ürəyi yanar. Amma onlar da zamanla unudar. Ağrını zamanla arada xatırlayandan olar. Qəbul etsən də, etməsən də. Beş dəqiqə sonra ölsən kimin vecinə olarsan?”