adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Aprel 2019 12:30
13393
ELM VƏ TƏHSİL
A- A+

UNEC alimlərinin dünya elminə töhfəsi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov, UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitunun direktoru, professor Yadulla Həsənli və UNEC Biznes Məktəbinin direktoru, Harvard UniversitetininDavis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzində (Beyin Mərkəzində) oktyabr, 2017- sentyabr, 2018-ci il tarixində dəvətli tədqiqatçı,dosent Nazim Hacıyevin "Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma ("World Market Price of Oil: Impactıng Factors and Forecastıng (SpringerBriefs in Economics))”kitabı dünyanın tanınmış nəşriyyat evi vəElmi nəşrlərin Sosial-iqtisad və Təbiət Elmləri(SENSE) sahəsində resenziyalı yüksəkkateqoriyalı Springer nəşriyyatı tərəfindən çap edilib.

Adalet.az-ın məlumatına görə, kitabın elmi redaktoru Harvard Biznes Məktəbinin professoru və Davis Rusiya və Avroasiya Araşdırmalar Mərkəzinin (Beyin Mərkəzi) direktoru, professor Ravi Abdelal vəMilli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri,akademikZiyad Səmədzadə, elmi rəyçiləri isəAzərbaycan Dövlət Neft Şirkətininbirinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və AMEA-nin İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri,AMEA-nin müxbir üzvü, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovdur.

Kitabdaqlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağı­rışlar fonun­da mühüm stra­­­teji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amil­lə­r,2020-ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə olaraq Azərbaycan neftinin (AzərLayt) dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçünelmi və praktik ba­xım­dan əsaslan­dırılmışproqnozlaşdırmağa imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) model­lə­ri qurulub.