Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxıya səfər edib
Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər ediblər.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, səfərdə Azərbaycandakı diplomatik nümayəndəliklərin 60-a yaxın rəhbəri iştirak edirlər.
Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.
Xarici diplomatların səfəri çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşün keçirilməsi, Şamaxı rayonu üzrə tanışlıq turu, Kələxana türbələri, Cümə məscidinə ziyarət, zəlzələdən zərər çəkmiş vətəndaşlar ilə görüş və Meysəri şərab zavodu üzrə tanışlıq nəzərdə tutulub.
Digər Xəbərlər
24 Aprel 2024 15:21
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 14:12Saxta anım mərsimində Anna Akopyana qarşı etiraz: “Nikol satqındır"
24 Aprel 2024 13:23Prezident Mülki Prosessual Məcəllədə dəyişiklik etdi
24 Aprel 2024 13:07Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
24 Aprel 2024 13:02