adalet.az header logo
  • Bakı 12°C
21 Aprel 2019 13:07
20483
MARAQLI
A- A+

Elm dünyasını şoka salan hadisə

Dünyanın ən presijli təhsil qurumlarından Yale Universitetində edilən araşdırmalar tibb və elm dünyasının gündəmini dəyişdirdi. ABŞ-lı elm insanları kəsilən 32 donuzun beyinlərini ölümlərindən 10 saat sonra belə canlı tutmağa bacardı.

Alimlər, beyni bədəndən ayrı şəkildə canlı tutmağı bacardılar!

Bir qrup alim öz təməlqoyma təcrübəsinin nəticələrini açıqladı. Yüzlərlə donuzda edilmiş olduğu ifadə edilən təcrübədə, başlarının kəsildikdən 36 saat sonra heyvanların beyinləri canlandı. Bu işlərin insanlar üzərində edilmə vəziyyəti müzakirə edilir.

Ötən ildən bu yana dünya gündəmində olan baş nəqli əməliyyatı, onsuz da siçanlar üzərində edilən ilk testlərdə müsbət nəticələr vermişdi. İndilərdə Çində xəstə axtarışına və hazırlıqlara davam edən İtalyan cərrah Sergio Canavero və qrupu, yaxın zamanda insandan insana baş nəqli etmək üçün hazırlanır.

Marağa səbəb olan tək mövzu yalnız bir insan başının özündən başqa bir bədən üzərində yaşayıb yaşaya bilməyəcəyi deyil. Alimlərin üzərində işlədiyi daha vacib bir məsələ var: bədənin başdan ayrılması. Baş nəqlindən daha qərubə səslənsə də bunun üçün çalışan bir qrup alim nəticələri açıqladı.

Yale Universiteti nəzdində reallaşdırılan araşdırma alim Nenad Sestak liderliyində icra edildi. Sestak və qrupu bütün etik müzakirələrin mərkəzindəki bu araşdırma çərçivəsində, təcrübəlik olaraq seçdikləri donuzların başlarının kəsilmə əməliyyatından sonra həyata qaytarmağı bacardılar.

Ürək olmadan, oksigen olmadan beyin necə işlədildi?

Olduqca həssas və mürəkkəb olan bu müddətdə beynin təkrar həyata qayıtması üçün lazım olan şey oksijen idi. Oksigen baxımından zəngin süni qan mayesi nasosla vuran "BrainEX" adı verilən bir sistem istifadə edildi. Sistem bədənin qan dövranını təqlid edərək, beynə ehtiyacını verib onu aldatmağa çalışır. Tədqiqatçıların müvəffəqiyyətli olması isə daha dəhşətli idi.


Təcrübənin əsl məqsədi...

Elm dünyasında qulağa baş nəqli ya da beynin bədən ola bilmədən çalışması qədər qulağa dəli gəlməyəcək bir başqa araşdırma mövzusu da var: Beyin hüceyrələri arasındakı ünsiyyətin süni bir şəkildə təqlid edilməsi. Yəni süni bir beyin yaratmaq.

Edilən təcrübədə işlək haldakı donuz beyinləri, alimlərin beyindəki rabitə şəklini anlaması, sirləri ortaya çıxarmaları üçün vasitə olacaq. Donuz beyinləri istənilən müddətdə canlı tutularaq araşdırma altına alına biləcəklər. Nəticə olaraq insan beynini anlamaq üçün bir qapı daha açılır.

Bədənsiz bir beynin

Əslində bu sualın cavabı ilə əlaqədar yuxarıda bir sıra şərhlər var, amma insanın ölümü, ruhu və şüuru kimi anlayışlar üçün elmi cəhətdən qane edici izahatlar da yoxdur.. Heyvanlar üzərində təcrübə edilməsi və hətta, vaxtı gələndə bu təcrübələrin könüllü insanlar üzərində ediləcək olması bir az ürküdücüdür.

Yaxşı bəs, bədəndən ayrı bir beynin çalışması vəziyyətində o beyin eynilə bədən üzərindəymiş kimi ürkə bilər? Yaledəki bu təcrübəni icra edən qrup və mövzuya bələd mütəxəssislər, bu mövzuda hələ dəqiq bir məlumat təqdim edə bilmirlər.

Araşdırma müəllifləri gələcək tədqiqatlarda şüurun bərpasına da nail ola biləcəklərini güman edirlər. Onların fikrincə, indiyə qədərki tədqiqatlarda uğursuzluğa səbəb süni qanın tərkibində neyronların fəallığını zəiflədən çoxlu maddələrin olmasıdır. Professor N.Sestanin qənaətinə əsasən həmin sistem istənilən canlı orqanizmlə işləyə bilər.

Tədqiqat universitetin əxlaq komitəsində xeyli mübahisəyə səbəb olsa da, növbəti mərhələdə araşdırmalara insan beyninin cəlb edilməsinin mümkünlüyünə görə maraq doğurub.