Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu - YENİLƏNİB Adalet.az | Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu - YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu - YENİLƏNİB

15706    |   2019-04-19 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә sәrnişin avtobus istehsalı zavodunun tәmәli qoyulub.

Tәmәlqoyma mәrasiminә Azәrbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev vә İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb.

***

İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır. İkitərəfli əlaqələrdə xalqlarımızın ortaq dinə, adət-ənənələrə malik olması da əhəmiyyətli rol oynayır. Son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.

İqtisadiyyat naziri bildirib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və İran birgə layihələri çərçivəsində Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu uğurla fəaliyyət göstərir. 2018-ci ildə zavodda 1000-dən çox avtomobil, bu ilin birinci rübündə isə 360 avtomobil istehsal edilib və satılıb. Görüşdə, həmçinin Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun inşa ediləcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulacaq.

Qarşılıqlı ticarət sahəsində əlaqələrin genişləndiyini qeyd edən Şahin Mustafayev ötən il ticarət dövriyyəsinin 74% artdığını diqqətə çatdırıb. Bu ildə də ticarət dövriyyəsində artım tendensiyası davam edir. Belə ki, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb. Bununla belə, ticarət əməkdaşlığının daha da genişləndirilməsi, strukturunun şaxələndirilməsi üçün geniş imkanlar var.

Azərbaycan və İran dövlət başçılarının siyasi iradəsi və tapşırıqlarının icrası nəticəsində nəqliyyat-tranzit sahəsində mühüm işlər görülüb. Böyük tarixi və iqtisadi əhəmiyyət kəsb edən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində önəmli tədbirlər həyata keçirilib. Bu ilin martın 6-da İran Prezidenti Həsən Ruhaninin və Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Qəzvin-Rəşt dəmir yolunun açılışı olub ki, bu da yalnız Şimal-Cənub deyil, eyni zamanda Cənub-Qərb Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır.

Görüşdə Şahin Mustafayev enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yükdaşımalar, ticarət, su təsərrüfatı, humanitar, turizm və s. sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb.

İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə aparılan müzakirələrin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacağını vurğulayıb. Reza Rəhmani son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf edərək yüksək səviyyəyə çatdığını, hər iki ölkənin prezidentlərinin İran-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiklərini, qarşılıqlı yüksək siyasi münasibətlərin iqtisadi tərəfdaşlığın genişlənməsinə əlverişli şərait yaratdığını, iqtisadi-ticarət əməkdaşlığın dərinləşdiyini vurğulayıb. İranlı nazir qeyd edib ki, ölkəsində sahibkarlar üçün əlverişli şərait yaradılıb və Azərbaycan iş adamları bu imkanlardan yararlana bilərlər.

Görüşdə sənaye, kənd təsərrüfatı, ticarət, kiçik və orta sahibkarlıq və s. sahələrdə əməkdaşlığın genişləndirilməsinə,birgə layihələrə dair müzakirələr aparılıb.



İmza:

Nazir müavini: 11 minə yaxın şəxsin vergi uçotuna alınması təmin edilib

Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Bu il azərbaycanlılar Türkiyədə 700-dən çox daşınmaz əmlak alıb

Nazir: Azərbaycanın hədəfi stabil neft hasilatını saxlamaqdır

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib

Azərbaycanla Türkiyə arasında iqtisadi protokol imzalanıb

Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlandı

Pərviz Şahbazov Əbu-Dabidə Asiya Enerji Nazirlərinin 8-ci görüşündə çıxış edib

Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqalayihəsi başa çatmaq üzrədir

Bələdiyyə ödənişləri Hökumət Ödəniş Portalında aparılacaq

SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK