adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2019 10:18
7985
HADİSƏ
A- A+

FHN çarpayıdan yıxılan ağırçəkili kişini xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda çarpayıdan yıxılan ağırçəkili kişiyə müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Adalet.az-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu çağırış ünvanına gələrək vətəndaşa müvafiq köməklik göstərib.

Əməliyyat başa çatıb.