adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2019 19:08
11725
ƏDƏBİYYAT
A- A+

Azərbaycanlı yazar Türkiyədə 1-ci yerə layiq görüldü

İlesam-Akçağ 9. İlesam-Akçağ uşaq ədəbiyyatı roman, hekayə və nağıl - 2018 (KİTAB DOSYASI) müsabiqəsinin yekunları 15 aprel 2019-cu il tarixində İLESAM-ın Genel Başkanı Mehmet Nuri Parmaksız tərəfindən İLESAM Baş ofisində açıqlandı.

Kulis.azın verdiyi məlumata görə, müsabiqənin roman nominasiyasında birinci yeri Azərbaycandan olan uşaq yazıçısı Sevinc Nuruqızının "Melissa” (İmdat Avşarın tərcüməsində) əsəri qazandı.

Yarışmada birincilik qazanan əsərlər Akçağ Kitabevi tərəfindən kitab şəklində nəşr olunacaq.

Qaliblərin mükafatı may ayı içində düzənlənəcək tədbirdə sahiblərinə təqdim ediləcək.

Xatırladaq ki, Sevinc Nuruqızı uşaq yazarıdır və onun "Çərpələng”, "Sarı qız, Dız vəVız” , "Ağ xoruzun hekayəti”, " Qisas” , "Ciya ilə iki gün” , "İpəkcənin macəraları”, "Qəribə kəndin nağılı” kimi kitabları dərc olunub.