adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2019 17:32
7976
MƏMLƏKƏT
A- A+

Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadılıb

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Qanunda aşağıdakı dəyişiklilər edilir:

1. 164.1.27-ci maddədə "3” rəqəmi "4” rəqəmi ilə əvəz edilsin;

2. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü maddə əlavə edilsin:

"164.1.43. kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə.”.

Bu dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il,yəni 2020-ci ildə də vergidən azad olunacaq. Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir.