adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Aprel 2019 16:51
12913
MƏMLƏKƏT
A- A+

Azərbaycanda yeni xəbər saytı fəaliyyət başladı

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başlayıb. Redaktor.az saytı artıq internet istifadəçilərinin ixtiyarındadır. Sayta tanınmış jurnalist Eldəniz Vəliyev rəhbərlik edir.

E.Vəliyevin Lent.az-a verdiyi məlumata görə, sayt bütün sferalar üzrə operativ xəbər istehsalı ilə məşğul olacaq: "Başlıca prinsiplərimiz operativlik və əlahəzrət fakta istinaddır. Maraqlı araşdırmalar, reportajlar, Facebook üzərindən canlı yayımlar oxucularımızın seçim imkanlarını artıracaq. Məqsədimiz - doğrunu xəbər verən informasiya oranı kimi qəbul edilməkdir”.

E.Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin "Jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir” fikrini xatırladaraq qeyd edib ki, bu missiya Redaktor.az-ın fəaliyyət proqramının əsasını təşkil edəcək.

Baş redaktor saytın şüarını da elan edib: "Biz harada, doğru xəbər orada”.