adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2019 16:30
31814
MƏDƏNİYYƏT
A- A+

Xoreoqrafiya Akademiyası şagirdlərinin uğurları

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) tam orta məktəbinin 9-cu sinif şagirdi Firuzə İsmayıl və 6-cı sinif şagirdi Şirin Əmiraslanova respublikada keçirilən beynəlxalq müsabiqədə mükafatlandırılıblar.

Belə ki, akademiyanın 9-ci sini şagirdi Firuzə İsmayıl UNESCO-nun dəstəyi ilə "Dünyanın səsini duyaq” adlı şeir, hekayə, foto,rəsm, jurnalistika, mahnı müəllifliyi,toxuma işləri,texniki yardıcılıq nominasiyası, bədii qiraət üzrə keçirilən və Azərbaycan, İtaliya, Amerika, Ukrayna, Çexiya, Polşa, Gürcüstan, İspaniya uşaq və gəncistedadlarının qatıldığı beynəlxalq müsabiqədə bədii qiraət üzrə ölkəmizi layiqincə təmsil edərək I yeri qazanıb.

Şirin Əmiraslanova isə 39 ölkənin təmsil olunduğu və iki mərhələni əhatə edən fortepiano ifaçılğı üzrə" World Harmony " adlı beynəlxalq müsabiqədə uğurla çıxış edərək III yerə layiq görülüb. Hər iki şagird qatıldıqları müsabiqədə sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.