Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir Adalet.az | “İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

4512    |   2019-04-18 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər kuboku:Aprel zəfəri” layihəsi davam edir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində "gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. "İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq "Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.

"Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirilən idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletika idman növləri üzrə 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçirilir. Futbol, Voleybol, Peyntboll, Velosiped, Atletika idman növü üzrə yarışlar artıq start götürüb.

AFFA-nın məşq meydançasında "Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin futbol idman növü üzrə 32 komanda arasında 1/16 və 1/8 turunun oyunları keçirilib. Qalib gələn komandalar 1/4 final mərhələsinə yüksəliblər. Peyntboll idman növü üzrə yarışlar "Ulduz Peyntbol Mərkəzində” baş tutub. 16 komanda arasında aparılan mübarizədə 1/8, 1/4 və yarım final mərhələləri keçirilib, qalib komandalar final oyununa haqq qazanıb. Velosiped idmanı üzrə yarışın ilkin mərhələsi Velo Parkda baş tutub, 64 gənc arasında keçirilən mübarizə sonrası 6 iştirakçı final turuna vəsiqə qazanıb. Atletika idman növü üzrə yarışlar Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qaçış meydançasında həyata keçirilib və 6 iştirakçı finalda iştirak hüququ qazanıb. Voleybol yarışları Xəzər Universiteti nəzdində Dünya məktəbində start götürüb, 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4 final mərhələlərinin qalibləri yarım-final mərhələsinə yüksəliblər.

"Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin, müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir.




İmza:

Məleykə Abbaszadə: "Təhsildə qiymətləndirmə üsullarının tətbiqi ilə əlaqədar..."

"Papanin" 7 ildən sonra açıldı

Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatıb - Nazirlik

Bakıda külək güclənir - Hazırki vəziyyət açıqlandı

Fuad Qəhrəmanlının ailə zorakılığı fotofaktlarla yayıldı - FOTO

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib

Nazir: Təmizlik aksiyalarının keçirilməsi artıq geniş vüsət almış hərəkatdır

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

"Azərişıq": Cənub regionunda yenidənqurma işləri ilin sonuna qədər yekunlaşacaq

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK