adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Aprel 2019 12:30
21866
DÜNYA
A- A+

Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin fəxri sədri seçilə bilər

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin fəxri sədri vəzifəsini tuta bilər.

Bu barədə "Kommersant” məlumat yayıb. Bildirilir ki, bununla bağlı mayın 29-da Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcəkAliAvrasiya İqtisadi Şurasının iclasında qərarın qəbul edilməsi gözlənilir.

İclasda Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin prezidentləri iştirak edəcək. Dövlət başçıları birliyin 5 illiyini qeyd edəcək və təşkilatın fəaliyyətini müzakirə edəcəklər.