adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Aprel 2019 10:52
69576
HÜQUQ
A- A+

Anar Bağırov: “Məqsədimiz odur ki, bu il vəkillərin sayı 2000-ə yaxınlaşsın”

"Son bir il ərzində 600-dən çox hüquqşünas Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib”.

Adalet.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, demokratik və şəffaf qaydalara əsasən vəkilliyə qəbul dayandırılmayıb: "Dekabr ayında keçirilən imtahanda kifayət qədər namizədlər iştirak edib, 106 nəfər isə test imtahanının birinci mərhələsindən keçib. Hazırda şifahi müsahibə davam edir. Eyni zamanda bu ilin martında vəkilliyə qəbulla bağlı yenidən imtahan keçirilib. 171 namizəd də həmin imtahandan uğurla keçib. Bu gün 280 namizədimiz ikinci mərhələdədir. Ümid edirəm ki, onlar Vəkillər Kolleksiyasına qəbul olunacaq. Bununla da vəkillərin sayı 1500-ü ötəcək. Əsas məqsədimiz odur ki, bu il ərzində vəkillərin sayı 2000-ə yaxınlaşsın. Bu gün vəkilliyə qəbula böyük maraq var. Əminəm ki, vəkillərin sayı ildən-ilə xeyli artacaq”.