Dövlət Komitəsinin sədri BMT QAK-ın Azərbaycandakı nümayəndəsi ilə görüşüb
Aprelin 17-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
Dövlət Komitəsinin sədri qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdikləri məhrumiyyətlər, məruz qaldıqları maddi və mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Qeyd olunub ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin apardığı sosial siyasətin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həlli üçün məqsədyönlü iş aparır.
Bundan başqa məcburi köçkünlərin məşğulluğunun təmin edilməsinə dəstək məqsədi ilə keçirilən əmək yarmarkaları, eləcə də onların müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunmaları üçün keçirilən aksiyalar haqqında ətraflı məlumat verilib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasətini, onların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkəmizdə mövcud təcrübənin dünyada nümunə olduğuna diqqət çəkib.
Görüşdə eyni zamanda "Fuji” humanitar missiyasının məcburi köçkün və aztəminatlı ailələr üçün keçiriləcəyi növbəti optometrik aksiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu il missiyanın Azərbaycandakı fəaliyyətinin 15 ilinin tamam olduğuna diqqət çəkilib və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə edilib.
Digər Xəbərlər
24 Aprel 2024 18:35
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO
24 Aprel 2024 15:36Hikmət Mirzəyevdən qisas almaq istəyən konqresmen KİMDİR...
24 Aprel 2024 15:21Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 15:12Qocanın qəliz israrı: Bu gün yenidən “soyqırım” dedi
24 Aprel 2024 14:12