adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2019 09:08
12961
İDMAN
A- A+

Çempionlar Liqasının yarımfinalçıları müəyyənləşdi

Dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları keçirilib.

"Mançester Siti" doğma meydanda "Totenhem"i qəbul edib.

Hər iki komanda üçün maraqlı keçən oyunda tamaşaçılar 7 qol görüb. Oyun "Mançester Siti"nin 4:3 hesablı qələbəsi ilə yekunlaşsa da, sevinən tərəf qonaqlar olub. R.Sterlinq (4-cü və 21-ci dəqiqələr), Son Xın-Min (7-ci və 10-cu dəqiqələr), B.Silva (11-ci dəqiqə), S.Aquero (59-cu dəqiqə), F.Lyorente (73-cü dəqiqə) rəqib qapısına yol tapıb.

Səfərdə daha çox qol vuran komanda kimi "Totenhem" növbəti mərhələyə yüksəlib. (İlk oyun: "Totenhem" 1:0 "Mançester Siti")

Yarımfinalda "Totenhem" Çempionlar Liqasının digər surpriz komandası "Ayaks"la qarşılacaq.

Digər oyunda "Liverpul" "Portu"nun qonağı olub. Qonaqlar ilk oyunda olduğu kimi yenidən inamlı qələbə qazanıblar - 1:4. Qollar: S.Mane (26-cı dəqiqə), M.Salah (65-ci dəqiqə), E.Militao (69-cu dəqiqə), R.Firmino (77-ci dəqiqə), V.Van Deyk (84-cü dəqiqə).

Hər iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə qələbə qazanan "Liverpul" yarımfinala yüksəlib. (İlk oyun: "Liverpul" 2:0 "Portu")

Yarımfinalda "Liverpul"un rəqibi "Barselona" olacaq.