adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Aprel 2019 18:06
18920
MARAQLI
A- A+

1960-cı il. Parisin Eyfel qülləsi...

İlk Avropa çempionuna fəxri mükafat orada təqdim edilib

Futbol üzrə mövcud olan müxtəlif turnir­lərdən biri də Avropa çempionatıdır. Sə­viyyəsinə, daha dəqiq de­sək, əhatə dairəsinin məhdudluğuna görə, yalnız dünya çempio­natından geri qalan, 4 ildən bir keçirilən bu turniri azarkeşlər böyük səbirsizliklə gözləyir.

Özü də təkcə Avropada deyil, planetin hər güşəsində. Qarşı­dan XVI qitə birinciliyinin növbəti final mərhələ yarışları gəlir. İlk Avropa çempionatı isə 58 il əvvəl - 1960-cı ildə Fransada təşkil edilib və SSRİ-nin qələbəsiylə başa çatıb. Bugünkü söhbətimiz həmin naliyyət barədədir.

Təklifə 27 ildən sonra baxıldı

İndi Avropa çempionatı kimi tanı­dığımız turnirin keçirilməsi ideyası Fransa futbol federasiyasının keçmiş baş katibi Anri Deloneye məxsusdur. 0,1927-ci ildə adıçəkilən yarışın təş­kili ilə əlaqədar təkliflə beynəlxalq federasiyaya müraciət edir: amma o vaxt FİFA-da regional turnirlərin ke­çirilməsi haqda düşünmürdülər. A. Delonenin layihəsinə yalnız 1954-cü ildə, başqa sözlə, Avropa ölkələri­nin futbol təşkilatlarını birləşdirən UEFA təsis olunduqdan sonra baxıldı. Avropa Kuboku uğrunda ilk turnirin təşkili haqda qərar 1958-ci il avqus­tun 6-da qurumun Stokholm konqre­sində verilir. Qalibi mükafatlandır­maq üçün Kubokun müxtəlif variant­ları nəzərdən keçirilir, ancaq heç biri qəbul olunmur. Bu zaman futbol üz­rə Fransa Kubokunun müəllifi, məş­hur usta Mişel Şobiyona üz tuturlar. Fəxri mükafatın layihəsini hazırla­maq tapşırılsa da, o, sifarişçilərə Av­ropa Kubokunun orijinal nüsxəsini təqdim edir və UEFA rəsmiləri tərə­findən birmənalı şəkildə bəyənilir.

Kubokun sahibi

Avropa Kuboku qədim yunan amforasını (ikiqulplu, boğazı dar qab) xatırladan formada xalis gümüş­dən tökülüb və böyük mərmər otura­cağa bərkidilib. Qarşı tərəfi isə era­mızdan əvvəl IV əsrə aid olan barel­yefin reproduksiayası ilə bəzədilib, üzərində isə topla jonqlyorluq edən bir gəncin surəti həkk olunub. Qaydaya görə, Kubokun orijinalı müvəq­qəti olaraq, daha dəqiq desək növbə­ti turnirədək, indiki anlamda Avropa çempionu adı daşıyan ölkədə sax­lanılır. Birinci yeri tutan komandanın üzvlərinə qızıl medallardan savayı, mükafatın miniatür nüsxəsi də təq­dim olunur. Sonralar turnirin təşki­latçısının xatirəsini əbədiləşdirmək məqsədilə "Anri Delone Kuboku” adlandırılan yarış 1968-ci ildən Av­ropa çempionatı adıyla keçirilir.

İlk ünvan - Paris

İlk Avropa Kuboku yarışlarında qitənin 17 ölkəsi iştirak etmək istə­diyini bildirir: mübarizəyə qoşulmaq istəyənlər arasında SSRİ-nin də adı­na rast gəlirik. Müraciət edənlərin sayı çox olduğundan təşkilatçılar seçmə oyunlar keçirməyi qərara alır­lar. SSRİ futbolçuları ilk görüşü 1958-ci il sentyabrın 28-də Moskvadakı "Lujniki” stadionunda Macarıs­tan kollektivi ilə keçirir. Meydana qələbə əzmi ilə çıxan sovet idmançı­ları nəyə qadir olduqlarını göstər­mək istəyirlər. Xüsusilə, hücum xət­tinin oyunçuları - Metreveli, İvanov və həmyerlimiz Ələkbər Məmmədov! Görüşü əvvəldən axıradək yük­sək ovqatla keçirən SSRİ komandası 3:1 hesabı ilə qalib gəlir: topları Anatoli İlyin, Slava Metroveli və Valentin İvanov vurur, macarlardan isə Göreç fərqlənir.

Təkrar oyun düz bir ildən sonra Budapeştdəki "Nepştadion”da keçi­rilir: aeroportda yerli azarkeşlər SSRİ futbolçularını, üzərində 3:0 və 4:1 yazılmış plakatlarla qarşılayırlar. "Frans-futbol” həftəliyinin 1959-cu ildə keçirdiyi sorğunun yekunlarına görə, Macarıstan yığma komandası Avropada birinci yerdə idi. Onlar heyətdə əsaslı dəyişiklik etməklə məğlubiyyətin əvəzini çıxmağa çalışırlar - təcrübəli Qroşiç, Bojik, Tixi ilə yanaşı, gənc istedadlar - Albert və Şandorun da gücündən istifadə etmək qərara almır. Görüşün birinci hissəsi meydan sahiblərinin hücum­ları ilə keçsə də, qapıçı Yaşin və müdafiəçilərin fədakar oyunu rəqi­bə müvəffəqiyyət qazanmağa imkan vermir. Fasilədən sonra isə sovet futbolçuları təşəbbüsə yiyələnir və 58-ci dəqiqədə Yuri Voynovun uzaq məsafədən gözlənilməz zərbəsi oyunun taleyini həll edir - 1:0 və ilk sədd dəf olunur.

Dörddəbir finalda SSRİ koman­dasının rəqibi İspaniya futbolçuları olur. Amma bu ölkədə hakimiyyət sürən Franko diktaturası futbolçula­rın SSRİ-yə gəlməsini əngəlləyir: İspaniya yığmasına texniki məğlubiyyət verilir. Bu, sovet komandası üçün Fransaya yolun açılması demək idi.

Marsel qalibləri alqışlayır

Birinci Avropa Kubokunun həl­ledici mərhələsi Fransada keçirilir. Yarımfinal mücadiləsində SSRİ Çe­xoslovakiya ilə, Yuqoslaviya futbol­çuları isə fransızlarla qarşılaşırlar. Çexlərlə matç ərəfəsində komanda­nın sağ kənar müdafiəçisi Vladimir Kesarevin kor bağırsağından cərra­hiyyə əməliyyatına məruz qalması məşqçiləri başqa variant üzərində iş­ləməyə vadar edir və həmin mövqe tibilisili Givi Çoxeliyə tapşırılır. Marseldə keçirilən oyunda sovet fut­bolçuları tam üstünlüyə malik olur və onlar 3:0 hesabı ilə qalib gəlirlər: topları Valentin İvanov (2) və Viktor Ponedelnik vururlar. Digər görüşdə çoxlarının favorit saydığı, 1958-ci il dünya çempionatının bürünc mükafatçısı Frnasa millisi yuqoslavlara uduzur - 4:5. Maraqlıdır ki, matçın bitməsinə 15 dəqiqə qalmış fransızlar iki top fərqiylə (4:2) irəlidə idi­lər. Məğlubiyyətdən sonra ruhdan düşən meydan sahibləri üçüncü yer uğrunda görüşdə Çexoslovakiya yığ­masına da yenilirlər - 0:2.

"Park de Prens"də 113-cü dəqiqə...

Nəhayət, həlledici görüş! Oyun küləkli, soyuq, yağış və dümanlı hava şəraitində keçirilir. Buna baxmayaraq, "Park de Prens” stadionunda oyunu 18 min tamaşaçı izləyir. İngiltərədən olan hakimlər briqadası (A. Ellis, N. Aston, D.Finney) komandaları aşağı­dakı heyətdə meydana çıxarır:

SSRİ - Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (kapi­tan), Metreveli, İvanov, Ponedelnik, Bubukin, Mesxi. Yuqoslaviya - Vidiniç, Durkoviç, Yusifi, Janeitç, Miladinoviç, Peruşiç, Şekularits, Yerkoviç, Qaliç, Matuş, Kostiç (kapitan).


İlk dəqiqələrdən fəal oynayan yuqoslavların kəskin hücumlarını zərərsizləşdirmək SSRİ komandasına böyük çətinlik hesabına başa gəlir. 43 dəqiqə arxa xətdə səhvsiz oyna­yan "qırmızılar” fasiləyə az qalmış top buraxır - Milan Qaliç baş zərbəsiylə hesabı açır. Fasilə zamanı SSRİ komandasının rəisi Andrey Starostin futbolçuları məzəmmət edərək de­yir: "Yuqoslavlar udmurlar, siz uduzursunuz". Baş məşqçi Qavril Kaçalin isə uzaq məsafədən zərbələr vur­mağı məsləhət görür.

İkinci hissədə vəziyyət dəyişir: indi sovet futbolçuları topa daha çox nəzarət edirlər. Görüşün 49-cu dəqi­qəsi... Valentin Budukinin təxminən 25 metr məsafədən güclü zərbəsi. Qapıçı Vidiniç islanmış topu əlində saxlaya bilmir və özünü yetirən Slava Metreveli hesabı bərabərləşdirir - 1:1. Final matçının əsas vaxtı bu he­sabla başa çatır. 30 dəqiqəlik əlavə vaxt təyin olunur. Görüşün həlledici anı... 113-cü dəqiqə, Yuri Voynov rəqibi aldadaraq, uzun ötürmə ilə to­pu Mixail Mesxiyə tərəf vurur: sol kənar hücumçusu öz növbəsində effektli fəndlə iki mürafiəçini keçir və topu qapı qarşısına qaldırır. Qapıçını qabaqlayaraq, hücumu dəqiq baş zərbəsiylə yekunlaşdıran Viktor Po­nedelnik hesabı artırır - 2:1. Matçı bu hesabla başa çatdıran SSRİ yığma komandası Avropa Kubokunu, başqa sözlə, Avropa çempionu adını qaza­nır. Qalibin mükafatlandırılma mərasimi ertəsi günü məşhur Eyfel qülləsinin banket zalında keçirilir.

"Qızıl qol"un müəllifi

Viktor Ponedelnik karyerasında daha bir neçə belə "qızıl saniyələr” yaşayıb. İlk Avropa kubokunun fınalındakı həlledici və tarixi qoldan əla­və, ölkə yığmasının Cənubi Amerika səfərində (1961) Argentina və Uruq­vay; 1962-ci ildə Çilidə keçirilən dünya çempionatının final mərhələ­sində Yuqoslaviya və Kolumbiya, 1963-64-cü illərdə ikinci Avropa Ku­boku turnirində İtaliya, İsveç və Da­nimarka Milli komandalarının qapıla­rına vurduğu qollar onə şöhrət gətirib.


Rostovun Ordu idman klubunun kapitanı sovet futbolunda hücumçu­lar sırasında öncüllərdən olub. Rostov futbol məktəbinin yetirməsi Ümumittifaq arenadakı ilk çıxışların­dan özünü güclü förvard kimi göstə­rib. SSRİ yığma komandasının heyə­tində debütü -1960-cı ilin baharına təsadüf edir: ilk görüşü Almaniya Demokratik Respublikasının kollek­tivinə qarşı keçirib. SSRİ yığma komandasında 20 topun müəllifidir. İki kitab yazıb: "Lyubov moya futbol” və "Ştrafnaya ploşadka”.


Epiloq əvəzi...

... Dörd ildən sonra - 1964-cü il­də İspaniyada keçirilən ikinci Avro­pa Kuboku yarışlarının finalında meydan sahiblərinə məğlub olan (1:2) SSRİ futbolçula gümüş meda­la layiq görülürlər. Qitə birinciliyin­də ikinci yeri tutmaq, təbii ki, çox böyük nailiyyətdir. Ancaq bu, indi belədir, 1964-cü ildə isə məsələyə münasibət tamam başqa cür idi. O vaxt sovet hökümətində həmin zəfər uğursuzluq kimi qiymətləndirilir və baş məşqçi Konstantin Beskov vəzi­fədən kənarlaşdırılır.

Həsən TAĞIYEV