warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Aqil ABBAS: 26 ŞƏHİDİN DASTANI Adalet.az | Aqil ABBAS: 26 ŞƏHİDİN DASTANI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Aqil ABBAS: 26 ŞƏHİDİN DASTANI

O tarixdən 25 il ötür

3992    |   2019-04-18 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vətən torpağı vətəndaşıyla, Vətəni çiyninə qaldırmaq əzmiylə yaşayanlarla VƏTƏNLƏŞİR. Adi torpaq parçası olmaqdan xilas olur. Məhz buna görə də analarımızın ayağı altında olan torpağa Cənnət demişik. Qoruduğumuz, əkib-becərdiyimiz, sipəri olduğumuz torpağa Vətən! İnsanlıq yarandığı gündən ana sevgisiylə Vətən sevgisi onun bətninə ruh kimi hopub və zaman-zaman o Vətənə, o anaya olan sevgi Yerdən göy üzünə qədər ucalıbdı. Məmməd Araz demişkən, vətən daşı olmağı bacaranlar Vətəni qorumaq missiyasını da kişi kimi yerinə yetiriblər. Ona görə də ölümsüzlük qazanıblar...

Düz 25 il bundan öncə onlar da ölümsüzlüyə imza atdılar. Onlar da şəhidlik zirvəsinə ucalıb bizimlə bərabər bu torpaq uğrunda savaşmaqda davam edirlər. Elə bilməyin bu pafoslu cümlədi. Xeyr! Çünki şəhidlər uğrunda canlarından keçdikləri Ağdamda, Şuşada, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Laçında, Kəlbəcər, Xocalıda, Xocavənddə yol gözləyirlər. Onlar o torpaqları tərk etməyiblər. Bu 26 qəhrəman da 25 ildi səngərdədilər. Bizim onlara qoşulacağımız günü gözləyə-gözləyə səngərdən çıxmırlar. Bilirlər ki, biz onlara qoşulacağıq.... Bilirlər ki, biz əmr gözləyirik və o əmr də olacaq! Və onda tarix səhifəsi arxadan üzü bu günə doğru oxunanda o 26 igidin sırasında biz də olacağıq.

Tarixdə məşhur Panfilovçular var. 28 nəfər olublar. Son damla qanlarınadək vuruşublar ki, arxamızda Moskvadır. 24-ü həlak olub və onların içərisində azərbaycanlı da olub.

Həmin qəhrəmanlığı Ağdamda baş leytenant Nazim Cəbrayılovun komandirlik etdiyi taqım da göstərdi. Panfilovçular tarixə düşsələr də, biz Cəbrayılovçuları tarixə sala bilmədik. Yekə-yekə danışmaqla deyil.


Unuduruq qəhrəmanları. Qəhrəmanları təbliğ eləmirik. Tumançaq oxuyan müğənniləri təbliğ edirik, milləti 120 partiyaya bölən siyasətçiləri təbliğ edirik. Və sair və ilaxır.

Nazim Cəbrayılov (onları hamı Əlifoğulları kimi tanıyır, çünki ataları İbrahim kişi Qarabağın ağsaqqallarından biriydi və hamı onu Əlifoğlu İbrahim kimi tanıyırdı. Ona görə də oğlanlarını Əlifoğlu İbrahimin oğulları kimi çağırıdılar. Nazimə də bütün Qarabağda (Əlifoğlu İbrahimin oğulları kimi deyirdilər) mühəndis idi. Müharibə baslayanda əyninə əsgər paltarı geyindi və ən ağır döyüşlərdə öz qəhrəmanlığı ilə bütün əsgərlərə nümunə göstərdi.

Əlifoğlu İbrahimin oğlu Nazimi Ağdamda davakar adam kimi tanımırdılar, zarafatcıl, həddən artıq yumor hissi olan, istədiyi adamı zarafatla "dolamaq" qabiliyyəti olan bir oğlan kimi tanıyırdılar. Amma müharibə başlayan gündən yumoru da getdi, zarafatı da. Müharibə çox papaq altda yatan oğlanları üzə çıxardı, həmin oğlanlardan biri də Əlifoğlu İbrahimin oğlu Nazim idi.

Müharibədə insanların göz yaşı quruyur. Ən yaxın dostun belə şəhid olanda ağlaya bilmirsən. Göz yaşın içəriyə axır. Çox istedadlı şairə xanım Rəhilə İsmayıllının elə göz yaşı qədər acı olan bir misrası var:


"Göz yaşının ən acısı içəriyə axandır". Bizim göz yaşlarımız da içəriyə axır. Nazimin şəhid olduğu xəbərini eşidəndə bir dost kimi hönkürüb ağlaya bilmədim, elə əlim ilə üzümü qapayıb oturdum yerə. Və bütün içim göz yaşının ən acısını daddı.

Hər bir qəhrəman öləndə, heç qəhrəman yox, hər bir əsgər öləndə elə bilirdim Ağdamın beli qırılır. Hər gün beli qırılırdı Ağdamın. Özü də neçə yerdən. İlahi, bu Ağdam nə qədər böyük dözüm və qüdrətə malik imiş. 6 min yerdən beli qırılıb, yenə də Ağdam sınmır. Sındıra bilmirlər Ağdamı. Sındıra bilmirlər ağdamlıları.

Əlifoğlu İbrahimin şəhid olduğu xəbərini eşidəndə bir dost kimi hönkürüb ağlaya bilmədim, elə əlim ilə üzümü qapayıb oturdum yerə və bütün içim göz yaşının ən acısını daddı. Bircə onu deyə bildim: "Ağdamın beli qırıldı. Panfilovçular. 28 nəfər idilər. 24-ü şəhid oldu: "Arxamızda Moskvadır".

Cəbrayılovçular. Onlar da 28 nəfər idilər. 26-sı şəhid oldu: "Arxamızda Vətəndir!". Çıxmadılar səngərdən. Düşmən 7-8 tankla hücuma keçmişdi. Amma 28 oğlan 2 saat idi ki, düşmənin tanklarını oturtmuşdu yerinə. Əlifoğlu İbrahimin oğlu Nazim əsgərlərinə - Bu 28 oğlana hayqırdı: "Öləcəyik, amma səngəri tərk etməyəcəyik. Arxamızda Vətəndir!"

Cəbrayılovçular öldülər, səngəri tərk etmədilər, çünki arxalarında Vətən idi!

Lap sonda Əlifoğlu İbrahimin oğlu Nazim qumbaraları götürüb özünü düşmən tankının altına atdı, bir düşmən tankını da belə partlatdı.

Cəbrayılovçular öldülər, səngəri tərk etmədilər, çünki arxalarında Vətən idi!

Cəbrayılovçular düşmən tanklarının tırtılları altında qaldılar. Amma səngəri tərk etmədilər, çünki arxalarında Vətən idi!

Yalnız ikicə nəfər sağ qaldı. Onlar da əsgərin ən cavanları idi. Son anda Nazim bu iki cavanı sursat gətirmək üçün arxaya göndərmişdi. Kim bilir bəlkə də Nazim hələ qadın gğzəlliyini dadmayan bu iki cavanın, balaları yaşda olan bu iki cavanın, onunla birlikdə ölməsini istəmədi. Bilmirəm, bunu bilmirəm. Və onlardan biri öz gözləri ilə görmüşdü Nazimin özünü düşmən tankının altına atdığını. Öz gözləri ilə görmüşdü düşmən Cəbrayılovçuların səngərinə çatandan sonra tankları necə səngər boyu çəpəki sürdüklərini.

Cəbrayılovçular öldülər, səngəri tərk etmədilər, çünki arxalarında Vətən idi!

Eşidirsənmi, mənim əsgər balam?! Eşidirsənmi?! Cəbrayılovçular öldülər, səngəri tərk etmədilər! Çünki arxalarında Vətən idi!

Eşidirsənmi, mənim əsgər balam?! Sənin də arxandakı Vətəndir! O Vətən ki, dünyada ondan müqəddəs heç nə ola bilməz!

Eşidəndə ki, möhtərəm prezidentimiz Heydər Əliyev Əlifoğlu İbrahimin oğlu Nazimi (Cəbrayılov Nazim İbrahim oğlu) "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib, elə bildim ki, o ordeni mənə veriblər. Müharibədə şəhid olan 20 min Vətən oğluna veriblər.

Eşidirsənmi, mənim əsgər balam?! Cəbrayılovçular öldülər, səngəri tərk etmədilər, çünki arxalarında Vətən idi! O Vətən ki, dünyada ondan müqəddəs heç nə ola bilməz!

"Ədalət” qəzeti,

26.06.2003




İmza:
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK