adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Aprel 2019 15:56
24572
DÜNYA
A- A+

TRİPOLİYƏ RAKET ZƏRBƏLƏRİ ENDİRİLDİ

Liviyanın paytaxtı Tripoli şəhərinə endirilən raket zərbələri nəticəsində 4 nəfər həlak olub, 23 nəfər dinc sakin xəsarət alıb. Bu barədə ölkənin Əl-Əhrar telekanalına məlumat verən hökumətin hərbi mənbəyinin nümayəndəsi bildirib ki, zərbələr «Qrad» qurğuları və artileriya mərmiləri ilə endirilib.

Şəhər meri Müfta Hammadi qeyd edib ki, yaraqlıların hücumu ilə əlaqədar olaraq 300-ə yaxın ailə paytaxtdan təxliyyə edilib. Telekanalın bildirdiyinə görə, hadisə bağlı məsuliyyət marşal Xəlifə Həftarın ordusunun üzərindədi.

Həftarın mətbuat xidmətinin rəhbəri əl-Obeydi bu ittihamları qəbul etməyərək bildirib ki, onların ordusu Tripoli şəhərinə heç bir hücum etməyib.

Liviyada siyasi böhran ölkədə vətəndaş müharibəsi başlayandan , diktator Müəmmar Qəddafinin qətlə yetirilməsindən sonra, yəni 2011-ci ildən bu günədək davam edir. Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Bunlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş Faiz Sərracın başçılıq etdiyi rəsmi hökumət və Xəlifə Həftar tərəfindən dəstəklənən Abdulla Əbdürrəhmanın rəhbərlik etdiyi müvəqqəti hökumətdi.

Qiyamçılar ölkənin bir neçə yaşayış məntəqələrinə nəzarəti ələ alsalar da, Liviya hökumətinə sadiq hərbi qüvvələr onlara qarşı ciddi müqavimət göstərir.

MEHRİBAN