adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Aprel 2019 15:54
13239
SİYASƏT
A- A+

İKİ GÜNDÜR JURNALİSTLƏR SEVİNDİRİYƏ DÜŞÜB

Hörmətli xarici işlər nazirimiz Moskvada Ermənistan xarici işlər naziri ilə görüşdükdən sonra Bakıya Qarsın qalasını almış kimi qayıdıb və bildirib ki, razılığa gəliblər ki, hər iki tərəfin jurnalistləri bir-biriylə təmas qursunlar, onlar bizə gəlsinlər, biz onlara gedək. İndi baxıram ki, üç gündür jurnalistlərimiz, baş redaktorlarımız (təbii ki, hamısı yox) sevindiriyə düşüblər ki, İrəvana gedəcəklər.