adalet.az header logo
  • Bakı 18°C

Aqil ABBAS: BU, SƏMƏD VURĞUNUN DİLİ DEYİL

AQİL ABBAS
72018 | 2019-04-18 09:19

Sosialşəbəkələrdə və bəzən də saytlarda Səməd Vurğununbir bənd belə bir şeiri paylaşılır:

Arxalıyaarxa durma,

Deməsinləryamaqdı,

Arxasızaarxa dur ki,

Desinlər ki, dayaqdı.

Bubir bənd şeir nə Səməd Vurğunun üslubunauyğun gəlir, nə də dilinə.

Əslindəbu bənd necədi?

Şairqələm yoldaşları ilə Nizami muzeyininyanından keçərkən görür bir gənc çox pəjmürdə halda oturub skamyada. Amma nə qədər pəjmürdə olsa da, dahi şairi görəndə ehtiram əlaməti olaraq yerindən qalxır.Şair gəncə yaxınlaşır, soruşur ki,oğlum, bir bədbəxt hadisəmi olub, niyə beləpəjmürdəsən?

Gəncdeyir ki, Səməd əmi, elə bir bədbəxt hadisəolmayıb , amma…

-Nə amma, oğul?

-Mən kənddən gəlmişəm, aspiranturaya daxil olmaq istəyirəm. Bir yer var, iki namizəd. Mənibu gün universitetin rektorluğunaçağırdılar, dedilər ki, o biri namizəd hörmətli bir adamın qızıdı, yüksək yerdən də tapşırılıb, o qəbul olunmalıdı. Yəni biz ona beş yazacağıq, sənə dörd. Ona görə bir az halım yaxşı deyil.


SəmədVurğunun qaşları çatılır, bir az fikrə gedir, sonra cibindənbir dəftərçə çıxarır, ora nə isə yazır, verir gəncə:

-Oğul, qayıt get universitetə, bu kağızı ver Cəfər Xəndana.

Həminvaxt universitetin rektoru görkəmli alim Cəfər Xəndanıymış. Gənc kağızı alıbqayıdır universitetə, katibəyə deyirki, məniSəməd Vurğun göndərib. Buraxırlarrektorun yanına. Gənc kağızı verirrektora və deyir ki, bunu Səməd Vurğun göndərib.

Rektoraçıb kağızı oxuyur, rəngi qaralır, bərk dilxor olur. Sonra imtahan götürəcək müəllimləriyanına çağırır və deyir:

-Dərhal mənim yanımda bu gəncdən imtahangötürüb özü də əla yazırsız.

Müəllimlər deyilənkimi də edirlər. Gənc həqiqətən də «beş»ə layiqiymiş.

Gəncuniversitetdən çıxıb qaça-qaça gedir Yazıçılar İttifaqına. Girir şairin yanına, təşəkküredir və soruşur:

-Səməd əmi, o kağızda nə yazmışdınız? Oxuyandansonra rektorun rəngi qaraldı.

Şairsiqaretindən bir qullab vurub deyir:

-Oğul, mən o kağıza dörd misralıq bir şeiryazmışdım.

Dayaqlıya dayaq durma,

Yamaqdeyərlər sənə.

Dayaqsıza dayaq dur ki…

Dayaq deyərlərsənə.

Mənbu mövzuda mübahisə etmək istəmirəm. Qoy sənətşünaslar desinlər, hansı düzdü?

P.S.Oxucular da saytımızın Facebook səhifəsinəgirib fikirlərini bildirə bilərlər.


TƏQVİM / ARXİV