Əbülfət MƏDƏTOĞLU: Xoş gördük, Meyxoş Abdulla

ƏBÜLFƏT MƏDƏTOĞLU
45701 | 2019-04-17 15:25

Oxucularıma üztutaraq tam səmimi şəkildə demək istəyirəm ki, barəsində yazmağa başladığım müəllifləşəxsi tanışlığım yoxdur. Ancaq köhnə dildə desək qiyabi, indiki terminlərlə ifadəetsək, sosial şəbəkə vasitəsilə onu çox yaxından tanımışam. Və həyat elə gətiribki, yaxından tanıdığm bu insanın söz dünyası məni həmişə özünə tərəf çəkibdi.Amma yenə tam səmimi şəkildə etiraf edim ki, bu yazıya qədər onun barəsində birsöz də belə olsa yazmamışam. Amma indiyazmağa məhkumam. Özü də tam səmimi mənada məhkumam. Ona görə ki...

Oxucular vəsosial şəbəkədə olan dostlarım bilir ki, mənim "Bir qadına" silsiləsindənxeyli şeirlərim və esselərim var. Şükürlər olsun ki, bu günlərdə həmin o "Birqadına" kitab şəklində işıq üzü görüb. Bax elə qələm dostumun mənə göndərdiyikitabın adındakı "Qadın" sözü özümdən asılı olmadan məni kitaba doğruçəkdi. Və bir də gördüm ki, "Qapısı gecə döyülən qadın..." kitabınınilk vərəqlərini oxuyub bitirmişəm, özü dəbirnəfəsə. Özümlə etdiyim söhbət kimi. Çünki ruh da, ovqat da, mövzu da, həttayazı dili də mənə çox doğma idi. İnanın ki, mən artıq ilk vərəqlərdən eləbildim ki, o hadisələrin, o məqamların şahidi və iştirakçısıyam. Ona görə də təkliyinadamı necə üşütdüyünü də. Və bu üşümədən yaşananları da öz canımda təkrarladım.İndi "Üşüyən yarpaqlar..." mənim üçün öz yaşantımın bir kinolenti,bir ekran versiyasıdır. Ondan qurtula bilmirəm. Və qurtula bilmədiyim həmin məqamdaintihar üçün evindən çıxan, özü ilə kəndirgötürən bir insanın hansı mənəvi və həm də psixoloji həmlələrin hesabına ölümdənvaz keçdiyi anı da yaşayıram. Təsəvvüredin ki, ailəli bir qadın ailəli bir kişini sevir və günlərin birində də həminailəli kişi həmin ailəli qadına bir az mədəni şəkildə "həyatımdan çıx,indi başqa birini sevirəm" deyir. Sevgisini itirməmək üçün ölümünü üstüntutan, intihar qərarı verən həmin ailəli qadın son anda məhz həmin ailəlikişinin qanuni həyat yoldaşının həm mərdanə, həm mənəvi zənginlik və həm də həyatıgörüb dərk eləmiş, itirməklə barışmış bir ağbirçəyin obrazında intihar hökmünə"yox!" deyir. Bunu, yəni bu detalı tapmaq, tutmaq, onu ədəbiyyata gətirmək,onu hekayələşdirmək heç də asan deyil. Bunun üçün sevməyi də, sevdirməyi dəbacarmalısan. O qədər sevməlisən ki, sənin sevdirmək istədiklərin sevgininreallığına, bütövlüyünə, saflığına inansınlar. Bax, indi adını çəkmək istədiyimMeyxoş Abdullah mənə o sevgini həm göstərdi, həm də məni ona inandırdı. Özünütərifkimi çıxmasın, sevginin nə olduğunu bilirəm. Amma Meyxoş Abdullahın bu hekayəsimənə göstərdi ki, heç də qürrələnmə. Sən hələ sevginin göstəricisi olan dərəcəninən aşağı mərhələsindəsən. Hələ çox öyrənməlisən, hələ çox sevməlisən.

Mən bu kitabın hərbir hekayəsi və yaxud konkret burada təqdim olunan romanı barısində fikir söyləməkniyyətində deyiləm. Ona görə ki, oxuduğum və hələ də aurasından, caynaqlarındanxilas ola bilmədiyim bir neçəhekayə vəesse mənə bu kitabın yerini, gərəkliyini sübut etdi. Özü də heç kimin təqdimatıolmadan. Xüsusilə "Baş tutmayan intihar" və bir də "Ay adam, sənkimsən?!" essesi ruhumu da oxşadı, xatirələrimi də. Məhz bu anları mənəyaşatdığına görə, həmkarım, qiyabi dostum Meyxoş Abdullaha oxucu təşəkkürlərimiçatdırır, ona "var olun!" deyib, yeni uğurlar arzu edirəm.


TƏQVİM / ARXİV