adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Aprel 2019 15:06
5880
MƏMLƏKƏT
A- A+

Qusarda yol tikintisinə 3 milyon ayrılıb

Prezident İlham Əliyev aprelin 17-də "Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.