adalet.az header logo
  • Bakı 16°C
17 Aprel 2019 15:16
20413
DÜNYA
A- A+

Hindistan bu raketləri İsraildən aldı

Hindistan təcili şəkildə İsrailin "Rafael” konsernindən "Spayk” tank əleyhinə raketləri alıb.

Adalet.az xəbər verir ki, Dehlinin İsraildən aldığı raketlərin sayı 240 ədəd olub. Dehlinin "Spayk”la bərabər onları ata biləcək 12 ədəd buraxılış qurğusu aldığı da vurğulanıb.

Silahın alınmasıyla bağlı qərarı Hindistan Silahlı Qüvvələrinin Baş Qərargahı qəbul edib.

Qeyd edək ki, Hindistan Baş Qərargahı hər il hökumətdən izn almadan 6 milyard dollarlıq silah almaq səlahiyyətinə sahibdir.