adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
17 Aprel 2019 12:42
13126
GÜNDƏM
A- A+

Kərim KƏRİMLİ: ZƏHRİM ÇATLAYIR!..

...Hər gün Qarabağla bağlı həm KİV-də, həm də SŞ-də xeyli material oxuyuram. Çox təəssüf ki, tam əksəriyyəti xam xəyalları ifadə edir. Gah Rusiyanın torpağımızı alıb qaytaracağı illüziyaları, gah türk qardaşlarımızın "dünyanı dağıdacaqları" ilə bağlı pafoslu zayıllamalar, gah Pakistanın Ermənistanı "yer üzündən siləcəyi"ni bildirən sayıqlamalar, gah beynəlxalq birliyin bizim beynimizin nə düşünməsindən, dilimizin nə söyləməsindən və əlimizin nə etməsindən asılı olmayaraq Ermənistanı "cilovlayacağı və zəncirini çəkəcəyi" barədə laylalar, gah da ermənilərin özlərinin törətdikləri vəhşiliklərə görə "bizdən üzr istəyib, üzüsulu çıxıb gedəcəkləri" barədə nağıllar...

Nə qədər kal olmaq lazımdır ki, 31 il (hələ qabaqkıları demirəm) davam edən bu byda ZIPPILTIdan sonra da ümid edəsən ki, "Həzrət Abbas Göy atında gəlib ermənilərin evini yandırıb bizim həm qisasımızı alacaq, həm də canımızı qurtaracaq"!..