adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Vallah, içib-eləməmişəm, pulumu qaytarın - Eminquey yazır

EMİNQUEY AKİF
55863 | 2019-04-17 12:01

Bu dayanacaqki var, həm vacibdir, həm də qəliz. Yaxşı vacibliyini hamımız başa düşürük, bəs,niyə qəliz olsun ki? Siz oxuyun, mən də ərz edim. Hələ əyyami qədimdənaparat-maparat, kart-mart yox ikən elə şengamlıq idi ki. Avtobusda minirdin,düşəndə də pulunu verib sürücüyə də bir əda yapıb düşürdün istədiyin yerdə.Sonra bu bədnam ödəmə aparatları zühur elədi, başladı balaca-balaca kartlardoğub törəməyə. Avtobuslarımız iki cəbhəyə bölündü – kartla olanlar vəolmayanlar. Kart sözü bizə çox vaxt qumarı xatırladır desəm, gülərsiniz mənə,amma görünən budur ki, öylədir. Nöşün?

Oşün ki, busəhər məktəblərin birinə reportaj üçün tələsirdim. Özümü böyük bir şey zənnedib lotu-lotu geyinib çıxdım evdən. Gəlib çatdım dayanacağa. Evimiz Xutordadırvə bu hadisə orada vaqeə oldu. O dayanacaq ki, düz piyada keçidinin başındaqoyulub. O dayanacaq ki, avtobuslar düz gəlib həmən piyada keçidinin üstündə pərvəriştapır. Bu məqamda ayaq saxlayıb yollarımıza baxanlardan bir xahiş-minnət etməkniyyətimdəyəm. Ey yollarımızın qeydinə baxan kəslər, sizə pənah gətirmişəm. Əvvəlabunu diqqətinizə çatdırmaq istəyirəm ki, piyada keçidinin başına dayanacaqqoymazlar. Eybi yox, tutalım, qoyulmalıdır və bu belə gərəkir, o zaman ricaedirəm, küləyi səsi olmayan müğənni kimi sırtıq olan bu şəhərə iki tərəfindən dəqapısı olan avtobuslar gətirin. Ki, biz bu taleyi ağla qaranın çəkişməsindəolan, üstündə avtobus dayanan piyada keçidlərini keçərkən avtobusun birqapısından girib o biri tərəfindən rahatca çıxa biləlim.


İndi gələkbizim bədnam kart-mart, aparat-maparatlara. Məğrur-məğrur cibimdəkimanatlıqlardan birini çıxarıb aparata saldım, aparat dilə gəldi ki, "əməliyyatdasəhv var”. Dedim, nolar ki, aparatın başına iş gələr də. Bəs, mənim manatım? Əməliyyatdasəhv var, qaytar da pulumu. Dişimi sıxdım, başqa əlacım yoxdu. Cibimdə qalanyeganə manatlığı da qurban verməliyəm ki, gedəcəyim, həm də tələsdiyim yerəvara bilim. Yazıqlar olsun ki, bu dəfə də eyni zada uğradım. Yenə əməliyyatda səhvoldu, yenə pulumu geri qaytarmadı. "Sən öləsən, bu aparatlar deyəsən bizim sağayaq əvəzinə sol ayağı kəsən, əməliyyat vaxtı camaatın mədəsində qayçı, iynəyaddan çıxaran həkimlərdən dərs alıblar”.

Özümümilyonçu verilişində iqtisadiyyatla bağlı sualda ilişən adam kimi hiss edibdosta zəng köməyimdən istifadə etdim. Adamların birindən rastlaşdığım probleminnə zad olduğunu soruşdum, dedi, aparatda "ödənişin bərpası” olmalıdır. Uzunsözün kəsəsi, qardaş aparatı barmaqladı, barmaqladı, bundan da bir zad çıxmadı.

Hə, gəldik,zurnanın zırt dediyi yerə. Mən başıma nə çarə qılım? Tezcə gözümə qonşum dəydi.Əslində elə bütün bu rəvayət nəql olmamışdan qabaq görmüşdüm onu, amma zəhləmgedir deyə salam verməmişdim. Dedim, yox e, yaxınlaşacam, salamlaşıb kömək istəyəcəm.Yaxınlaşdım, dedim, bəs, hal-qəziyyə belə, qalmışam naəlac. Məni avtobusdankeçirərsən. İncəvara rahat-ulqum oldu, razılaşdı.

Bundansonrası uzun rəvayətdir. Sözümün canı bu ki, ey yollarımızın qeydinə baxan kəslər,ey bu aparatları bizə urcah edənlər, sizə pənah gətirmişəm. Hanı mənim hədərgedən iki manatım? Mən nöşün gedəcəyim yerə sizin başdanxarab aparatlarınızucbatından gecikməliyəm? Sizinləyəm, iki manatımı qaytarın.

Yox, yox, yada qalsın, bəlkə elə sizin mənim iki manatıma ehtiyacınız var?! Əl tutmaqsavabdır, götürün, iki manat sizin olsun. Amma sizə bir şey deyim, o aparat-maparatlarödəmə-zad üçün deyil, xalis qumar aparatlarıdır. Pulunu salırsan, çarxıçevirirsən – Dinq-donq! Bəxtinizi bir daha sınayın!



TƏQVİM / ARXİV