adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2019 11:46
6982
MƏMLƏKƏT
A- A+

Şəhid ailələri və Qarabağ əlillərinin övladları üçün keçirilən sosial layihə başa çatıb

Veysəloğlu” şirkətlər qrupunun təşəbbüsü və təşkilatçılığı, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, həmçinin "Peşəyönümlü təhsilin inkişafına yardım” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən sosial layihə başa çatıb.

Şirkətlər qrupundan Adalet.az-a verilən məlumata görə, 3 ay davam edən layihədə iştirakçılara "Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) dərsləri ödənişsiz olaraq peşəkar səviyyədə tədris olunub. "Veb dizayn” layihəsində fərqlənən tələbələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və "Veysəloğlu” şirkətlər qrupunun sertifikatları təqdim olunub.

Xatırladaq ki, "Veb dizayn” sosial layihəsində Qarabağ müharibəsində və aprel döyüşlərində şəhid olan, həmçinin əlillik dərəcəsi alan şəxslərin övladları, eyni zamanda yaxın qohumları iştirak ediblər.

Qeyd edək ki, "Veysəloğlu” Şirkətlər Qrupunun "Veb Dizayn" kimi kursları təşkil etməkdə məqsədi bu sahəyə marağı olan gənclərin bilik və bacarıqlarını artırmaq, peşəkar səviyyəyə çatdırmaq, habelə kursu bitirərək iş tapmalarına yardımçı olmaqdır.