adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Aprel 2019 11:32
69562
HÜQUQ
A- A+

Ali Məhkəmənin sədri: “Azərbaycanda məhkum edilən şəxslərin sayı azalıb”

"Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə baxılmış cinayət işləri üzrə 14 931 nəfər barəsində 12 539 cinayət işinə baxılıb, onlardan 10 172 iş üzrə 12 433 nəfər barəsində ittiham, 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb".

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, 1724 iş üzrə 1842 nəfər barəsində işin icraatına xitam verilib, 37 iş üzrə 39 nəfər barəsində tibbi xarakterli qərar çıxarılıb. Qeyd edilən 12 539 işdən 11 421 işə ümumi, 1118 işə hərbi məhkəmələr tərəfindən baxılıb.

R.Rzayev qeyd edib ki, respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər, yəni 9,5 faiz azalıb, bəraət alan şəxslərin sayı dəyişmədən eyni qalıb.(ona.az)