adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Aprel 2019 10:03
18501
DÜNYA
A- A+

ABŞ və Türkiyə S-400 məsələsində razılığa gələ bilmədi

Türkiyənin Rusiyadan S-400 raket-zenit kompleksləri alması ilə aparılan məsləhətləşmələrdə Vaşinqton və Ankara ümumi razılığa gələ bilməyiblər.

Pentaqonun yaydığı bəyanatda deyilir ki, Rusiyadan alınacaq bu raket-zenit kompleksləri regionda ABŞ qırıcıları üçün təhlükə yarada bilər. Məsləhətləşmələrlə bağlı yayılan məlumatda rəsmilər ABŞ və Türkiyənin dalana dirənmiş məsələnin həll olunmadığını qeyd ediblər.

Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın ümid edir ki, ABŞ S-400-lərin alışı ilə bağlı Ankaraya qarşı sanksiyalar qəbul etməyəcək.(trend)