Oktyabrın 10-da uydurma erməni soyqırımını tanıyan İsveçrənin Sürix şəhərində qardaş Türkiyə ilə köhnə qardaşlarımız Hayastan arasında məlum protokol imzalanacaq. Və innən belə Türkiyə şarkıçıları "Azərbaycan-Türkiyə" mahnısının əvəzinə "Qardaş olub Hayastan-Türkiyə" mahnısını oxuyacaqlar. Bozqurdlar boz çaqalların qabağından qaçdı?!
Türkiyənin kiminlə dost, kiminlə qardaş olacağı özünün daxili işidir, biz heç bir dövlətin daxili işinə qarışmadığımız kimi Türkiyənin də daxili işlərinə qarışmırıq. "26-lar" filmində çox gözəl bir söz var:
"Ataman Biçeraxov bizi satdı". İndi Ərdoğan hökuməti bizi satdı. Eybi yox, bundan üzülməyə dəyməz, bizi tarixdə çox satıblar. Elə Türkiyənin özü də bizi dəfələrlə satıb. Amma heç zaman yıxılmamışıq, ayaqdayıq.
Həmişə yazmışam və yenə yazıram. Bu millət öz problemlərini özü həll edəcək. Qonşuya, lap qardaş Türkiyəyə ümid olan şamsız qalar.
Və qətiyyətlə bir daha bildirirəm ki, Ərdoğan hökumətinin bu hərəkətini türk xalqının ayağına yazmaq olmaz. Hökumətlər gəldi-gedərdi, millət və dövlət əbədidi. Gələn il Ərdoğan hökuməti gedər, gedər deyəndə Dövlət Baxçalının təbirincə desək, Yüce Divana gedər, yerinə gələn hökumət o protokolu cırar. Türkiyə türklərinin öz təbirincə deçək, o cırdıqları protokolları da Sərkisyanın və o protokola imza atan özlərininkinin bir yerinə sokar. Ərdoğan hökuməti ABŞ və Avropa qarşısında götürdükləri öhdəliyi yerinə yetirməklə hakimiyyətlərini bir az da uzatmaq istəsələr də alınmayacaq. Türk milləti onun kürəyinə xəncər soxan hökuməti heç zaman bağışlamayacaq.
Demişəm, yenə deyirəm. Bu gün biz Türkiyəni daha çox bağırımıza basmalıyıq (Türkiyəni ey, Ərdoğan hökumətini yox), çünki bu dünyada Türkiyəni bizdən başqa bağırına basacaq bir kimsə qalmadı. Ölən qardaşının tabutunu çiyninə öz qardaşı götürməlidir.
Əgər Ermənistan Rusiyanın forpostudursa, bu gün müstəqil olmayan Türkiyə də ABŞ-ın forpostudur. ABŞ da div qardaşdır, özü bilər kimi yeyər, kimi...
Dünənki saytlarda yayılıb, Ərdoğan hansısa məşhur bir xarici qəzetə verdiyi müsahibədə bildirib ki, biz Qarabağ söhbətindən vaz keçdik. Türkiyə heç vaxt Qarabağ söhbətindən vaz keçməz. Ərdoğan biz deyəndə, AKP-ni deyir. Nə isə, Türkiyə söhbətini qurtardıq.
Qəzetlərə baxıram, gülmək məni tutur. Qəzetlər sevinə-sevinə yazırlar ki, ay nə bilim ABŞ-da, nə bilim Fransada, haralardasa erməni diasporları Sərkisyanı yumurta atəşinə tuturlar ki, niyə belə bir protokolu imzalayırsan. Bunlar hamısı şoudan başqa bir şey deyil. Bunlar da bir erməni oyunudu. Gözdən pərdə asmaq üçün bir şeydi. Bu protokol Ermənistanın xeyirinədi. Bunu hətta Məmmədhəsən əminin eşşəyi də bilir, onda ki erməni diasporu ola.
Ermənistan üç "T"-dən vaz keçməyib. Üç "T" nədi: "Torpaq, təzminat və tanıma". Yəni nə torpaq iddiasından əl çəkib, nə təzminat iddiasından, nə də uydurma erməni soyqırımını tanıma iddiasından.
Protokol imzalandıqdan sonra əvvəl tanıma iddiasını həyata keçirəcəklər, sonra təzminat iddiasını və təbii ki, daha sonra torpaq iddiasını. Ermənistan qovurdu, Türkiyə də qaçırdı. ABŞ-la Avropa bir badalaq verdi, Türkiyə üzü üstə düşdü yerə və indi Ermənistan çöküb sinəsinə. Adamın ürəyi ağrıyır.
Atillanın, Çingiz xanın, Teymurləngin, Fateh Sultan Mehmetin, İldırım Bəyazidin, Sultan Səlimin, Atatürkün nəvələri gör hansı günə gəlib çatdılar.
Ərdoğan gəldi, bizim Milli Məclisdə şairanə bir çıxış yapdı və sonda da dedi ki, Qarabağ problemi çözülməyincə sınır açılmaz.
Mehmet Əli Şahin gəldi, bizim Milli Məclisdə bir çıxış yapdı, Qarabağ problemi çözülməyincə sınır açılmaz.
Bu yerdə qarabağlıların yaxşı bir sözü var, demirəm ayıbdı, oxuculardan ayıbdı.
Dünən "Yeni Müsavat"da belə bir manşet vardı: "Ermənistan protokolları imzalamaqdan çəkilir". Düz eləyir, yıxılmış Türkiyəni döyməyə nə var ki? Ermənistan protokollara üç əlavə bənd də saldıra bilər, torpağı, təzminatı və tanımanı. Əlinə yaxşı fürsət düşüb. Bir də belə bir fürsət onun əlinə düşməz. AKP hökuməti də bunu imzalar. ABŞ deyəndən sonra ağzı nədi imzalamasın.
Və indi dünyadakı erməni diasporları ilə görüşən Sərkisyana həmin diasporlar bunu irəli sürürlər. Söz-söhbət, şou da bunun üstündədi.
Dünən Türkiyənin "Bengütürk" telekanalının aparıcısı səhər proqramında yana-yana deyirdi, Türkiyə bu protokolları imzalasa nəfəs almağa gücü çatmayan Ermənistanı qazanacaq, əvəzində 400 Ermənistan boyda olan Azərbaycanı itirəcək. Söhbət iqtisadi qüdrətdən gedir. Və daha sonra deyirdi, özü də bu buraxın bu lafları: qardaşlıq, qan qohumluğu, din qohumluğu, dədə-babalarımız, gələnəklər və sair və ilaxır. Siz, yəni AKP hökuməti Azərbaycanı buna görə sevmirsiz. Siz Azərbaycanı iqtisadiyyatına görə sevirsiz, sərvətlərinə görə sevirsiz. Heç olmasa bu çıkarlarınızı göz önünə gətirin.
"Koroğlu"da bir yer var. Koroğlu görür ki, bir kişi oturub ağlayır, soruşur ki, niyə ağlayırsan. Deyir, xotkar Koroğlunun üç dəlisini asacaq, əlimdən bir şey gəlmir, ağlayıram.
İndi Türkiyə əldən gedir, əlimdən bir şey gəlmir, ağrıyıram, ağlayıram və belə mənasız yazılarla da ürəyimi boşaldıram.
Gedim bir az da Azərbaycan nağıllarını oxuyum... Ala-bula boz keçi...