adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2019 17:36
6585
MƏMLƏKƏT
A- A+

Azərbaycanda un ucuzlaşdı - YENİ QİYMƏT

Bir neçə gün öncə istehsal olunan unun maya dəyərinin aşağı düşməsinə imkanı yarandığı üçün "Karat Holdinq” MMC istehsal etdiyi 1 kisə 50 kq-lıq "Karmen” ununun topdansatış qiymətini aprelin 10-da 25,95 manatdan 25,45 manata endirib.

MMC-dən ONA-ya verilən məlumata görə, idxal buğdasının alış qiymətində son günlərdə baş vermiş enmələr istehsal olunan unun maya dəyərinin yenidən aşağı salınması imkanı yaradıb və bununla əlaqədar unun topdansatış qiyməti təkrar aşağı salınaraq 1 kisə 50 kq-lıq "Karmen” ununun topdansatış qiyməti 24,95 manat müəyyən edilib.

Məhsulun topdansatış qiymətində baş vermiş ucuzlaşma tezliklə həmin məhsulların pərakəndə satış qiymətinin də ucuzlaşmasına səbəb olacaq.

"Karat Holdinq” MMC bundan sonra da istehlakçılara yüksək keyfiyyətli və sərfəli qiymətlərlə mal təqdim olunması istiqamətində səylərini davam etdirəcək.