viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq Adalet.az | Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Elina ölən məktəbin direktoru haqda məhkəmə qərarı verildi - Ev dustağı olacaq

37063    |   2019-04-16 17:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verildiyi kimi, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış istintaqla həmin məktəbin direktoru işləmiş Sevinc Abbasovanın xidməti vəzifələrini lazımı qaydada yerinə yetirmədiyi məlum olub.

Bildirilib ki, Sevinc Abbasova vaxtaşırı olaraq özünə qapanan Elina Hacıyevanın ruhi-emosional vəziyyətinə xüsusi həssaslıqla yanaşmamaqla, şagirdə psixoloji-mənəvi dəstək göstərilməsinə laqeyd münasibət bəsləyib. Bu münasibət isə ehtiyatsızlıqdan Elinanın ölümünə səbəb olmasına gətirib çıxarıb, habelə hadisə baş verdikdən dərhal sonra təcili-tibbi yardım çağırılmasını vaxtında təmin etmədiyindən onu təhlükədə qoymasına dair əsaslı şübhələr müəyyən edilib.

Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Təhsil Nazirliyinin bir müddət öncəki açıqlamasına görə,aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı), sinif rəhbəri (Mehdiyeva Çimnaz Hacıağa qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsində və aidiyyəti normativ sənədlərdə nəzərə tutulmuş bir sıra vəzifə funksiyalarının icrasını təmin etmədikləri məlum olub.

Xidməti araşdırmanın məlumatlarını nəzərə alan təhsil naziri tərəfindən162 nömrəli tam orta məktəbin direktoru və tərbiyə işləri üzrə direktorun müavini ilə əmək müqavilələrinə xitam verilməsi, şagirdin təhsil adlığı sinfin rəhbərinə qarşı müvafiq intizam tədbirlərinin görülməsi, məktəbin psixoloqunun işdən kənarlaşdırılması qərara alınıb.




İmza:

Adil İsmayılov: "Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 il həbs gözləyirdi"

Azərbaycanlı mügənninin oğluna 19 il cəza istənildi

Üzərində odlu silah-sursat gəzdirən iki şəxs barəsində cinayət işləri başlanılıb

İki bacısını öldürən şəxsə ömürlük cəza verildi

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın azadlığa buraxıldı

Fədayə Laçının məhkəməsi altıncı dəfə təxirə düşdü

Nazirlik “Azərsu” ASC-ni məhkəməyə verir - FOTO

Baş Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib

“Diqlas” ticarət mərkəzində yanğına görə 400 nəfərdən artıq sahibkar dindirilib

Azərbaycanda 14.997 milyon manat ziyanın ödətdirilməsi təmin olunub

Bu il Gəncə hadisələri ilə əlaqədar 61 nəfər həbs edilib

Azərbaycanda hüquqi şəxslərin sayı 18 faiz artıb

SON XƏBƏRLƏR
2019-08-25
2019-08-24
2019-08-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK