adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Aqil ABBAS: AY CAN, AY CAN İRƏVANA GEDİRİK

AQİL ABBAS
50242 | 2019-04-17 09:34

Deməli,belə. Hörmətli Elmar Məmmədyarovla Ermənistanınxarici işlər naziri bu günlərdə Moskovşəhərində, dəqiq sayını itirmişəm – 350-cidi, 355-cidi- nədi görüşüblər.

Vaxtilə rəhmətlikVəfa Quluzadə ermənilərlə hər dəfə görüşdənsonra deyirdi ki, bir addım da irəli getdik. Mən də o vaxt o addımları hesablayırdım, qəzetdə yazdım ki, Vəfa müəllim, hesablamışam, artıq sizindediklərinizlə biz Ağdam Ət Kombinatının yanındayıq.Hər görüşdə bir addım atsaq,tezliklə Mədəniyyət Evinin yanında olacağıq.

İndi bizdə də hərgörüşdən sonra çox müsbət bəyanatlar olur. İçi mən qarışıq millətsevindiyindən bir neçə gün bayram edir.

Hörmətli Elmar müəllimbu görüşü çox müsbət qiymətləndirdi, iyitəkliflər olduğunu söylədi.

Biri lap ürəyimdən oldu. Deməli, Ermənistanın dış işlərbakanı ilə belə razılığa gəliblərki, jurnalistlərimiz xoş bir təmas qursunlar. Ermənistan jurnalistləri sürü halındaBakıya gəlsinlər, Azərbaycanı gəzsinlər, bizimjurnalistlər də qrup halında İrəvana getsinlər, Dağlıq Qarabağa getsinlər,Xankəndinə getsinlər və sair və ilaxır, at gəldi örkən apardı, it gəldi çarıq.

Bu da mənə çox ləzzətelədi.

Ayravani, ayravaniçandrika,

Çitraxuda, çitraxudaişvara.

Xandemişkən, çox sevindim ki, ay can, ay canİrəvana gedirik.

Bundanəvvəl də bizim jurnalistlər müxtəlif beynəlxalq təşkilatların tərkibində və ya fərdiqaydada İrəvanda, eləcə də Xankəndində olublar,eləcə də erməni jurnalistlərin, bölgələribilmirəm, amma Bakıda olduqlarından mətbuatdan xəbər tutmuşuq.

Sonrabir sülhplatforması qayırdılar, bizimkiləribilmirəm, amma ermənilər o platformayaminib Bakını su yoluna döndərdilər,hətta gedib Gəncədə keçmiş qonşularıyla qucaqlaşıb ağlaşdılar, bəziləri də qalıb burda işləyir. Amma nədənsə son zaman bu sülh platforması zəiflədi, deyəsən, millətyaxşı qarşılamadı.

İndibu son görüşdə Allaha şükür, bir addım irəli getdik , yazar-pozarların tez-tez görüşmələri, səfərlərinin təşkili , bir sözlə, yeni sülh göyərçinləri. Yəni yığışıb İrəvanagedəcəyik.

Ammabu ermənilərə çox etibar eləməkolmaz ey, çörəkləri dizlərinin üstündədi. Bax, xarici işlər nazirləri görüşəndə Xankəndində az qala futbol üzrə Avropa çempionatı keçirirdilər. Namərdlər, bax bizi dəvət eləmirlər.Ən azı Xarici İşlər Nazirliyinin diplomat əməkdaşlarından gözəl bir komanda ilə o yarışa gedərdik, bu da jurnalistsəfərləri üçün yeni açılmış bir cığır olardı.


TƏQVİM / ARXİV