Faiq QİSMƏTOĞLU: SARIMSAQ YEYƏNƏ ETİRAZ ELƏYİRLƏR...

FAİQ QİSMƏTOĞLU
38803 | 2019-04-16 15:15

İctimaiqınaqdan çox şey asılıdır. Və nahaq yerə deyilməyib: "Elin gözü tərəzidir”. Eləki, bu tərəzinin mizanı pozulur, bax onda hər şey baş-ayaq olur. Başqa sözlə demişolsaq, çox şeyin yeri səhv düşür. Təəssüf ki, bizdə nə ictimai qınaq var, nəictimai qınaqdan nəticə çıxarmaq! Yəni qınayan qınadığına görə, bəzən çıxılmazvəziyyətdə qalır. Dediyi söz üçün peşman olur. Amma nahaq yerə!

Biz nəyisəgörüb demiriksə, susuruqsa, laqeydlik göstəririksə, bunun bir zərbəsi də bizə dəyir.Və bunun bir zərbəsinin bizə dəyməməsi üçün gərək biz harda əyri-əskik gördük,harda çatışmazlıq hiss elədik və kimsə cəmiyyətə hörmətsizlik elədi; tumçırtlayıb qabığını yerə atdı, siqaretin kötüyünü qutuya yox, elə maşındanbayıra atdı və o siqaret kötüyü də gedib arxadan gələn maşının üstünə düşdü,burda susmağa dəyməz...

Birisarımsaq yeyib avtobusa, metroya minəndə çoxları onun iyindən etiraz eləməsə də,amma bəziləri görürsən ki, ya həmin adamdan uzaq olur, ya da sarımsaq yeyənədeyir ki, sarımsaq yemisən-yemisən heç olmasa səhər dişini möhkəm fırçalayaydınki, bunun iyi ətrafa yayılmasın. Həmin adam da tərbiyəli, abırlı insan olsabundan bir nəticə çıxarır; tay bir də sarımsaq yeyib avtobusa, metroya minmir.Heç kim deməz ki, kimsə sarımsaq yeməsin. Sarımsağın yüz xəstəliyə xeyri var.Əgər sarımsaq yemisənsə, onda ictimai nəqliyyata zəhmət çəkib minmə...

Həttadin xadimləri buyururlar ki, Allaha dua edəndə və "Qurani-Kərimi” oxuyanda sarımsaqyeyib bunu etmək olmaz! Mən də sarımsağı çox sevən adamam. Tez-tez sarımsaqyeyirəm. Və sarımsaq yeyib işə gələndə bilgisayarda işləyən Gülər xanım mənəirad tutur. Deyir ki, Faiq müəllim, yenə sarımsaq yemisən? Ayağa qalxıb qapı-pəncərəniaçır. Və mən də istini sevdiyimə görə, qapı-pəncərə açıq olanda "skvoznyaka”düşürəm. Gülər xanım da məni belə cəzalandırır. Çox sağ olsun! Dünən gördümqapı-pəncərəni çox açıq qoyur, başımı götürüb qaçdım.

Hətta qəzetimizinbaş məsləhətçisi və təsisçisi, millət vəkili Aqil Abbas da bildi ki, mənsarımsaq yeyib gəlmişəm. Aqil müəllim otağa girdi, bərk danışığımızdan narahatoldu. Məlum oldu ki, sarımsaq yemişəm. Aqil müəllim dedi ki, elə mən də göysarımsağı çox sevirəm. Yeyib yeyib da, yola verin getsin, ağsaqqal adamdı, birdə yeməz. Amma Əbülfət Mədətoğlu dedi ki, sabah mən də sarımsaq yeyib gələcəm.İşə gələndə gördük ki, sarımsaq yeməyib. Bir sözlə, məni də belə islah elədilər.Çox xoşum gəldi. Dedim ki, tay bir də sarımsaq yeyib işə gəlmərəm...

Bax, cəmiyyəthər şeyə belə təpki göstərsə, bütün əyri-əskikliklər düzələ bilər. Ancaq bu dəfəçanaq mənim başımda sındı. Mən də dostlarımın dediyi ilə təbii ki, razılaşıram.

Yaşadığım yerin yaxınlığında bir stadion var. Dahadoğrusu, bu stadion məktəbin stadionudur. Bu tərəflərdə park olmadığı üçün yayvaxtı uşaqlar, qadınlar ora gəzməyə gəlirlər. Mənim özüm də hər gün stadionagedib yekəlik olmasın, bir saat sürətlə yeriyirəm. Çünki ürəyimə stend qoyulandan sonra kardio-cərrahlardeyiblər ki, gündə ən azından yarım saat yeyin yeriməlisən. Nə başınızı ağrıdım,bir dəfə gördüm ki, orta yaşlı bir qadın tum çırtlaya-çırtlaya özü və oğluqabığı yerə atır. Stadionun oturacağının yanına o qədər tum qabığı atıblar ki,onun əlindən tərpənmək olmur. Mən də tum çırtlayan qadına iradımı bildirdim:

- Xanım,zəhmət olmasa, o tumu çırtlayıb qabığını yerə atmayın. Elə əlinizdəki sellofankağıza tullasanız daha yaxşı olar.

Qadıngözünü yumub ağzını açdı nə açdı:

- Akişi, get öz işinlə məşğul ol! Yoxsa, ərimi çağıraram, səni salar təpiyininaltına bura gəlməyinə də peşman olarsan...

- Məni təpiyinaltına salan oğlan olmayıb. Onsuz da burda siz hər gün uşaqlarınızla gəzişirsiniz.İndi bu zibili kim təmizləyəcək? O atsın, bu atsın, axırda da tumun qabığındantopalar yaranır...

Qadın yenidənçımxırdı:

- Mənimbaşım xarabdı ha, beynim dönəcək, sənə elə bir söz deyəcəm ki, dəymişindura-dura kalın töküləcək!

Tayonunla söz güləşdirmədim. Düşündüm ki, belələrinə nə söz! O dəqiqə yadıma Məhəmmədpeyğəmbərlə bağlı bir hədis düşdü. Məhəmməd peyğəmbər yolla gedir. Görür ki,başıaçıq bir qadın gəlir. Onu görən kimi qaçıb uca və iri bir ağacın arxasındagizlənir. Bu anı yoldan keçən bir yolçu görür və Məhəmməd peyğəmbərdən soruşur:

- EyAllahın Rəsulu, sən o qadını görüb niyə ağacın arxasına keçdin?

Məhəmmədpeyğəmbər dillənir:

- O gələnqadından çox şeytana bənzəyir. Onun üçün Peyğəmbər, abır-həya yoxdur. Ona görədə ağacın arxasında gizləndim ki, keçib getsin, sonra yoluma davam edim.

Mən də sözgüləşdirmək istəyən qadına fikir vermədim, bu hədis yadıma düşdü və sürətləyeriməyə başladım...

Ancaqbiz kimin təpkisindən asılı olmayaraq, cəmiyyətə açıqdan-açığa hörmətsizlik edən,ictimai qaydaları pozan, küçəni zibilləyən adamlara öz etirazımızı bildirməliyik.Əvvəl bir nəfər bildirər, sonra iki, sonra on, yüz, min... Bax, bu etirazlardansonra həmin adamlar özlərini yığışdırarlar.

Bir dostumdeyir ki, avtomobilimdə Bakının küçələrinin biriylə gedirdim. Bir də gördüm ki,qarşıdakı avtomobildən siqaret kötüyünü bayıra atdılar. Və o siqaret kötüyü dədüz gəlib düşdü mənim maşınımın alın şüşəsinə. Eləmədim tənbəllik, həmin maşınıbir qədər gedəndən sonra saxlatdım. Sürücü əvvəl-əvvəl yekə-yekə danışdı. Sonragördü ki, mən yol polisi əməkdaşıyam, özünü yığışdırdı. Ona anlatdım ki,siqaret kötüyünü maşından bayıra atdığına görə, inzibati qaydada məsuliyyətə cəlbedilə bilərsən. Üstəlik də küçələri, prospektləri belə siqaret kötükləri pis vəziyyətəsalır. Yəni hər hansı əcnəbi görəndə ki, Bakının küçəsində, prospektində, lapelə parkında siqaret kötükləri yığılıb qalıb, onlar bizim cəmdəyimizə tüpürürlər.Bu söhbətdən sonra həmin adam səhvini anladı, bir daha belə hərəkətə yol verməyəcəyinibildirdi.

Bax,görürsünüzmü, bu da ictimai qınağın və iradın nəticəsi! Bakının əksərparklarında siqaretin kötüyünü və məişət tullantılarını atmaq üçün zibilqabları, qutuları quraşdırılıb. Amma çox təəssüf ki, bir çoxları siqareti çəkəndənsonra kötüyü o qutulara deyil, ağacların, yaşıl otların arasına atırlar. Və busiqaret kötükləri də yaşıl otların arasında uzaqdan görünür...

FüzulininHoradiz şəhərində iki möhtəşəm park var – biri Heydər Əliyev parkı, digəri isəBayraq meydanı! Bu parkın salınması üçün rayon icra hakimiyyətinin başçıcı AlıAlıyev və Füzuli camaatı çox əziyyət çəkib. İndi hər iki park cənnətə bənzəyir. İnanın, qışın oğlan çağında dayazın, yayın ortasında da ordakı yaşıllıqlara, güllərə, çiçəklərə, ağaclara hərgün mənzil kommunal təsərrüfatının işçiləri yüksək səviyyədə qulluq edirlər.Sanki bu güllər, çiçəklər, ağaclar və yaşıllıqlar onların övladlarıdı. Yayınistisində gündə səhər və axşam saatlarında o yaşıllıqlar sulanır. Dedik axı,onu becərənlər və qoruyanlar bu gözəlliklərə öz balaları kimi baxırlar. Və eynizamanda ora istirahətə gələn insanların çoxu da bu yaşıllıqları qoruyurlar.

Bir dəfənəvəmlə o parkda olanda kiminsə uşağı qızılgülün ləçəklərini yolmağa başladı.Elə bu vaxt ətrafda olan digər insanlar uşağın anasına iradlarını bildirdilər.Uşaq bir neçə qızılgülü budağından qoparmışdı və ləçəkləri də yerə tökmüşdü.Ana uşağına təpindi və camaatın iradını normal qəbul etdi.

Həmcamaat, həm də xidmət sahəsinin işçiləri bu parkdakı gözəllikləri göz bəbəyikimi qoruyur. Hər iki parkda çoxlu saydazibil qutuları var. Kimin yolu düşsə görə bilər. Bir adam siqaretin kötüyünüparka ata bilməz. Hətta atsa belə o dəqiqə camaatın təpkisiylə rastlaşar.

Bakıdada gözəl parklar çoxdur. Amma onların heç biri Horadiz şəhərindəki parkdaolduğu kimi, təmiz saxlanılmır. Qoy birçox şəhərlərdə baş bilənlər gəlib-gedib Horadizdəki parkın qorunmasına və təmizliyinəbaxsınlar. Görsünlər o parklar necə qorunur, mühafizə edilir. Çünki burdaictimai qınaq var. İctimai qınaq olan yerdə həmişə inkişaf, dirçəliş və yüksəlişolur.

Biz nəsarımsaq yeyib avtobusa minəndən çəkinməliyik, nə tumu çırtlayıb qabığını küçələrətullayanlardan qorxmalıyıq, nə də siqaretin köytüyünü hara gəldi atanlardan!Gedin Almaniyaya, görün orda hər hansı alman demirəm, əcnəbi bir siqaretkötüyünü yerə ata bilərmi? Qanunla bunun cəzası ağırdır. Ancaq onu görən almansəni elə günə qoyar ki, ora getməyinə də peşman olarsan. Bizimsə parklara, küçələrəsiqaret kötüyü atanlar, tum çırtlayıb qabığını yerə tullayanlar əcnəbilərdeyil, elə biz özümüzük!..


TƏQVİM / ARXİV