adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
16 Aprel 2019 15:05
6956
MƏMLƏKƏT
A- A+

Bakı Metropoliteninə həkim və tibb bacıları axtarır

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edib.

Adalet.az-ın məlumatına görə, elanda deyilir:

Tələblər:

Təhsil/ təcrübə

- Ali təhsil (həkim-terapevt);

- Orta-ixtisas təhsili (tibb bacısı);

- İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;

- Azərbaycan dilini mükəmməl bilmə;

- Kompyuter bilikləri;

Vəzifə öhdəlikləri:

- Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;

İş rejimi:09:00-17:00

İddiaçılar "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin "Karyera və əməkdaşlıq” bölməsinə daxil olub "Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.