adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Aprel 2019 14:34
8377
GÜNDƏM
A- A+

İlham Əliyev: “Notr-Dam kilsəsində baş verən yanğından kədərləndim”

Ümid edirəm ki, Paris Notr-Dam Kilsəsi qısa müddətdə bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Twitter" səhifəsində qeyd edib.

Dövlət başçısı bildirib: "Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam Kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim.

Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq".