adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Aprel 2019 13:11
6634
GÜNDƏM
A- A+

Kamran Əsədov: Onları da yada salıb narahat olaq?

Notr Dam yandı, bəli 850 illik tarixə malik olan abidənin məhv olması böyük hadisədir. Amma Qarabağda ondan da dəyərli tarixi, dini abidəmiz yanıb kül olub. Bəlkə arada onları da yada salıb narahat olaq?
Məsələn:

Ağdam şəhərində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş 19-cu yüzilliyin türbəsi, Şahbulaq qalası, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr) və başqa tarixi abidələr daşnak quldur dəstələri tərəfindən dağıdılıb.