adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 Aprel 2019 12:44
6013
HADİSƏ
A- A+

Səidə Əliyeva: Notr Dam-de-Pari kilsəsi yanıb kül oldu!..

Paris şəhərində yerləşən 12-ci əsrə məxsus Notr Dam-de-Pari kilsəsi yanıb kül oldu!..

Fransanın tarixi abidələrindən idi...

Dostlar,hər bir ölkənin tarixi,onun abidələriylə ölçülür!

Bizim ölkəmizin də çoxlu sayda abidələri müxtəlif səbəblərdən ya məhv edildi,ya da məhv olub gedir!
Tək Dağlıq Qarabağımızın nə qədər tarixi abidələri mənfur düşmənlər tərəfindən dağıdıldı!
Bu yaxınlarda Xəzər TV-də Kamal Dənizin apardığı çoooxxx maraqlı "Çöl adamı" verilişinə baxırdım.Veriliş Gədəbəy rayonundan bəhs edirdi..Demək, orada Həmşivəng məbədi var,qədim alban məbədidir!Çox böyük əziyyətlə Kamal Dəniz gedib həmin məbədin daxili və xarici görünüşünü çəkib göstərirdi...Təəssüf hissilə qeyd edim ki,pis gündəydi..baxımsız..Məbədin estavrasiya olunmasına,bərpa işləri aparılmasına böyük ehtiyac var!Həmin məbəd haqqında geniş tədqiqat, bir namizədlik,doktorluq işinin mövzusu ola bilər!Hərçənd ki ,"alim","fəlsəfə doktoru" olanlar belə işlər üzərində işləməz,çünki hazıra nazir olmaq ən rahat işdir!Əslində isə biz belə işləri tədqiq edib gələcək nəsillərə çatdırmalıyıq!

P.S Tarixi abidə----Ölkənin SIMVOLUDUR!!!