warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Allah Notr-Damı ona görə yandırdı ki... – Eminquey yazır Adalet.az | Allah Notr-Damı ona görə yandırdı ki... – Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Allah Notr-Damı ona görə yandırdı ki... – Eminquey yazır

5418    |   2019-04-16 13:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hüqonun qəlbimizdə yenidən qurduğu Notr-Dam Bəşir Səfəroğlunun tamaşada dediyi kimi yavaş-yavaş yandı.


Tüstüsü dünyanı bürüdü. 


Yanğın söndürənlərin həyəcan siqnalı Kvazimodonın zənginə döndü. 


Öz kuzəsindən Kvazimodoya su verən Esmiralda da dadına çata bilmədi bu kilsənin. 


856 illik tarix 2019-cu ildə məhv oldu. Rəqəmlərin ironiyasımı bu? 


Tarixi yaşının cəmi 19 olan bu möhtəşəmliyin məhvi 2019-cu iləmi təsadüf etməli idi?


Bu xəbərə bizim sosial şəbəkədə bir münasibətlə rastlaşdım. Biri yazıb ki, heç Diqlas yananda belə hay-küy salmırdılar. Görəsən, Notr-Damla Diqlası müqayisə etmək üçün hansı halda olmalıdır adam? Heç olmasa desə ki, Ağdamda dağıdılan Natavanın heykəli, Şuşada alnına güllə tuş gələn Üzeyirin heykəli, deyərsən, dərd yarı. Arqumentə bax: Diqlasdan 1500 adam evinə çörək aparırdı. Bu başqa bir mövzudur. Diqlasda yanan mal-mülk insanlara dəyən zərbə idi, Notr-Dama dəyən zərbə isə mədəniyyətə idi.

Hüqonun əsərini mən məhz bu səhnəyə görə sevmişəm. Deməli,  "Hüqo Kvazimodonu kamilləşmə yoluna çıxarmağa çalışır. Kvazimodonun insani duyğuları sarsıntı keçirdiyi anda oyanır. Qrev meydanın ortasında rüsvayçı dirəyə zəncirlənərək qamçılanmaq cəzasına məhkum edildiyi vaxt ehtirasdan vəcdə gəlmiş kütlə onu kobud ifadələr məsğərəyə qoyduğu halda, həmin küçə rəqqasəsi Esmeralda ondan qisas almaq əvəzinə su gətirir.

Bunadək Kvazimodo insanlar tərəfindən yalnız nifrət, təhqir, rişxənd, kin, qəzəb və həqarət görmüşdü. Göstərilən mərhəmət onun gözlərini açır, özünü insan kimi hiss etməsinə impuls verir. Onun Esmeraldanın əlindən aldığı bir içim su rəmzidir: bu hədsiz dərəcədə alçaldılmış bir insanın tamamilə yad bir adam tərəfindən gördüyü səmimi və adi dəstəkdir. Halbuki bu qız özü də xurafat mühitində, qaba kütlənin çılğın ehtirasları, xüsusən də inkvizitor məhkəməsi qarşısında köməksizdir. Kvazimodo bu xeyirxahlıqdan olduqca mütəəssir olur, onun vicdanı oyanır, individual hissləri baş qaldırır, onda itaət etməkdən savayı düşünmək tələbatı da yaranır.

Beləcə, onun qəlbi Esmeraldaya doğru qanadlanıb uçur, ancaq eyni zamanda bu günədək şəksiz itaət etdiyi Klodo Frolloya münasibəti dəyişir. Əsərin finalında Kvazimodo könüllü olaraq gözəl, istedadlı, fitrətən mərhəmətli və azad Esmeraldaya görə öz həyatını qurban vermək yolunu seçir. Onun romanın sonunda gerçəkləşən ölümü öz patetikliyi ilə bizi həm dəhşətə gətirir, həm də təsirləndirir. Bu ölümdə eybəcərliklə ülvilik tam olaraq qovuşur".

Qozbeli qəbir də düzəltməz deyirlər, Hüqo bunu inkar etdi...

İndi görəsən, Notr-Damı fransızların ermənipərəstliyi, Diqlas ticarət mərkəzindəki yanğın səviyyəsinə endirənlərə Hüqonun qələminin gücü çatarmı? Esmeralda öz kuzəsindən verdiyi su ilə bu qozbeli Kvazimodoların içindəki vicdan hissini oyada bilərmi? Yoxsa onlar üçün bu hadisə bizim dövri-mətbuatda yayımlanan "filan yanğından yanmamış Quran tapıldı” ladında bir hadisəyə çevriləcək və deyəcəklər ki, Notr Damdan yanmamış İncil tapılıb?


Bir foto ilə rastlaşdım. Notr-Dam yanıb tüstüləyən vaxt üç quş yan-yörəsində uçuşur. Sanki onlar da dimdiklərində su daşıyırdı Notr Dama. Barı o quş qədər insafınız olsun, başqa da heç nə demirəm.

Mən deyərdim ki, Hüqonun yazdığı "Paris Notr-Dam kilsəsi” əsəri xristianlıqdan da, onun kitabı İncildən də daha ucada dayanır. 

Bu yanğın vicdanı içində toz basmış insanlara da bir siqnaldır. 

Ki, bəlkə Hüqonun yazdığı o əsəri bir də oxuyalar, nəticə çıxaralar. 

Bəlkə də kilsə özü insalara etiraz etdi. 

Bəlkə də Allah özü kilsəsini, yəni evini insanların əlindən qurtardı məscidlər kimi. 

Bilmirəm.






İmza:Eminquey

YAZARIN ARXİVİ

2019-05-20 : GÜNÜN SÖZÜ
2019-05-17 : Samsun - 100
2019-05-17 : BOŞ PARTA
2019-05-17 : CAZİBƏ
2019-05-14 : REZİDENT
2019-05-10 : ŞƏRHSİZ...
2019-05-10 : QƏLƏM GÜCÜ
2019-05-09 : GÜNÜN SÖZÜ
2019-05-06 : FB-dən status
2019-05-02 : Mənsur şeirlər
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK