adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Allah Notr-Damı ona görə yandırdı ki... – Eminquey yazır

15982 | 2019-04-16 13:05

Hüqonun qəlbimizdə yenidən qurduğu Notr-Dam Bəşir Səfəroğlununtamaşada dediyi kimi yavaş-yavaş yandı.


Tüstüsü dünyanı bürüdü. 


Yanğın söndürənlərinhəyəcan siqnalı Kvazimodonın zənginə döndü. 


Öz kuzəsindən Kvazimodoya su verən Esmiralda da dadına çatabilmədi bu kilsənin. 


856 illik tarix 2019-cu ildə məhv oldu. Rəqəmlərinironiyasımı bu? 


Tarixi yaşının cəmi 19 olan bu möhtəşəmliyin məhvi 2019-cu iləmitəsadüf etməli idi?


Bu xəbərə bizim sosial şəbəkədə bir münasibətlərastlaşdım. Biri yazıb ki, heç Diqlas yananda belə hay-küy salmırdılar. Görəsən,Notr-Damla Diqlası müqayisə etmək üçün hansı halda olmalıdır adam? Heç olmasa desə ki, Ağdamda dağıdılanNatavanın heykəli, Şuşada alnına güllə tuş gələn Üzeyirin heykəli, deyərsən, dərdyarı. Arqumentə bax: Diqlasdan 1500 adam evinə çörək aparırdı. Bubaşqa bir mövzudur. Diqlasda yanan mal-mülk insanlara dəyən zərbə idi,Notr-Dama dəyən zərbə isə mədəniyyətə idi.

Hüqonun əsərinimən məhz bu səhnəyə görə sevmişəm. Deməli,  "Hüqo Kvazimodonu kamilləşmə yoluna çıxarmağa çalışır. Kvazimodonuninsani duyğuları sarsıntı keçirdiyi anda oyanır. Qrev meydanın ortasındarüsvayçı dirəyə zəncirlənərək qamçılanmaq cəzasına məhkum edildiyi vaxtehtirasdan vəcdə gəlmiş kütlə onu kobud ifadələr məsğərəyə qoyduğu halda, həminküçə rəqqasəsi Esmeralda ondan qisas almaq əvəzinə su gətirir.

Bunadək Kvazimodoinsanlar tərəfindən yalnız nifrət, təhqir, rişxənd, kin, qəzəb və həqarətgörmüşdü. Göstərilən mərhəmət onun gözlərini açır, özünü insan kimi hiss etməsinəimpuls verir. Onun Esmeraldanın əlindən aldığı bir içim su rəmzidir: bu hədsizdərəcədə alçaldılmış bir insanın tamamilə yad bir adam tərəfindən gördüyü səmimivə adi dəstəkdir. Halbuki bu qız özü də xurafat mühitində, qaba kütlənin çılğınehtirasları, xüsusən də inkvizitor məhkəməsi qarşısında köməksizdir. Kvazimodobu xeyirxahlıqdan olduqca mütəəssir olur, onun vicdanı oyanır, individual hissləribaş qaldırır, onda itaət etməkdən savayı düşünmək tələbatı da yaranır.

Beləcə, onun qəlbiEsmeraldaya doğru qanadlanıb uçur, ancaq eyni zamanda bu günədək şəksiz itaətetdiyi Klodo Frolloya münasibəti dəyişir. Əsərin finalında Kvazimodo könüllüolaraq gözəl, istedadlı, fitrətən mərhəmətli və azad Esmeraldaya görə öz həyatınıqurban vermək yolunu seçir. Onun romanın sonunda gerçəkləşən ölümü özpatetikliyi ilə bizi həm dəhşətə gətirir, həm də təsirləndirir. Bu ölümdəeybəcərliklə ülvilik tam olaraq qovuşur".

Qozbeli qəbir də düzəltməz deyirlər, Hüqo bunu inkar etdi...

İndi görəsən, Notr-Damı fransızların ermənipərəstliyi,Diqlas ticarət mərkəzindəki yanğın səviyyəsinə endirənlərə Hüqonun qələminingücü çatarmı? Esmeralda öz kuzəsindən verdiyi su ilə bu qozbeli Kvazimodolarıniçindəki vicdan hissini oyada bilərmi? Yoxsa onlar üçün bu hadisə bizim dövri-mətbuatdayayımlanan "filan yanğından yanmamış Quran tapıldı” ladında bir hadisəyə çevriləcəkvə deyəcəklər ki, Notr Damdan yanmamış İncil tapılıb?


Bir foto ilə rastlaşdım. Notr-Dam yanıb tüstüləyənvaxt üç quş yan-yörəsində uçuşur. Sanki onlar da dimdiklərində su daşıyırdı NotrDama. Barı o quş qədər insafınız olsun, başqa da heç nə demirəm.

Mən deyərdim ki, Hüqonun yazdığı "Paris Notr-Damkilsəsi” əsəri xristianlıqdan da, onun kitabı İncildən də daha ucada dayanır. 

Buyanğın vicdanı içində toz basmış insanlara da bir siqnaldır. 

Ki, bəlkə Hüqonunyazdığı o əsəri bir də oxuyalar, nəticə çıxaralar. 

Bəlkə də kilsə özü insalaraetiraz etdi. 

Bəlkə də Allah özü kilsəsini, yəni evini insanların əlindənqurtardı məscidlər kimi. 

Bilmirəm.




TƏQVİM / ARXİV