adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Aprel 2019 12:37
7241
GÜNDƏM
A- A+

Milli qəhrəman TEYMUROV RİZVAN

Bu gün 16 aprel öz canını Vətənə qurban verərək şəhidlik zirvəsinə ucalmış Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurovun doğum günüdür.

TEYMUROV RİZVAN RƏHMAN oğlu - 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində doğulmuşdur.

9 dekabr 1991-ci il... Cəsur əsgərin son döyüşü... Rizvan səhər tezdən əməliyyata gedəcəkdi. O, dincəlməli idi. Gecədən xeyli keçsədə gözünə yuxu getmirdi. O, qalxıb yoldaşlarının yanına - Kərkicahana getməyi qərara aldı. Gecə erməni yaraqlıları qəfil hücuma keçdilər. Lakin cəsur döyüşçülərimizin qarşısında tab gətirə bilməyəcəklərini görüb geri çəkildilər. O, Xankəndi-Kərkicahan ətrafında gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şuşa rayonunun Quşçular kəndində dəfn edilmişdir.

Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.