adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şeir təhlilləri

VURĞUN ƏYYUB
143740 | 2013-04-27 00:50

Filologiyaüzrə fəlsəfə doktoru

CəfərCabbarlı

Azərbaycanbayrağına

Buraxınız,seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimliüç boyalı, üç mənalı bayrağı.

Mələklərinqanadımı üzərimə kölgə salan?

Nə imiş bu,aman Allah?! Od yurdunun yarpağı!

Göyyarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır,xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizimbayrağımız ucaları pək seviyor

Yıldızlardan,hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraqsevdiyilə yüksəklərə uçmada.

Şu görünüşbir ananın şəfqətinə oxşayor,

Düşündükcəzövqlərimi, vicdanımı oxşayor.

Bu ay,yıldız, boyaların qurultayı nə demək?

Bizcə beləsöyləmək:

Bu göy boyaGöy Moğoldan qalmış bir türk nişanı,

Bir türkoğlu olmalı!

Yaşıl boyaislamlığın sarsılmayan imanı,

Ürəklərədolmalı!

Şu al boyaazadlığın, təcəddüdün fərmanı,

Mədəniyyətbulmalı.

Səkkiz ucluşu yıldız da səkkiz hərfli OD YURDU

Əsarətingecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərəuçmuşdur.

Şu hilal datürk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzuqucmuşdur!

Allah,əməllərim edib şu bayrağı intiqal,

Birər-birərdoğru olmuş, bir ad almış:İSTİQLAL!

Yürəyimdəbir dilək var, o da doğru kəsilsin,

O gün olsunbir göy bayraq Turan üstə açılsın.

Şeirinyazıldığı

dövr vətarixi şərait

"Azərbaycanbayrağına" şeirinin təhlilinə keçməzdən əvvəl onun yazıldığı dövr vətarixi şəraitə qısaca da olsa, diqqət yetirmək lazımdır. Çünki hər bir əsəryarandığı ictimai-siyasi, sosial-iqtisadi, bədii-estetik şərtlərin nəticələriniözündə daşıyır. İlham qaynağı yazıldığı dövrün hadisələri olan "Azərbaycanbayrağına" şeiri də həmin dövrdə müəllifinin yaşantılarının,həyəcanlarının, düşüncələrinin məhsulu olaraq ortaya çıxmışdır. Şeirinyazıldığı dövr hər tərəfdən onu parçalamaq, əsarət altında saxlamaq üçün dişqıcıyan düşmən qüvvələrin əhatəsində olmasına baxmayaraq Şərqdə ilk dəfədemokratik bir dövlət qurmuş, öz milli varlığını dünyaya elan etmiş, bayrağınıqürurla dalğalandırmış bir millətin sevinc, təntənə içərisində yaşadığı birzamandır. Azərbaycan Demokratik Respublikasını qurmaq, himnini, bayrağını,gerbini, hökumət təsisatlarını yaratmaq Azərbaycan xalqına heç də asan başagəlməmişdi. Həm I Dünya müharibəsində məğlub olması, həm də daxildəki üsyan vəvətəndaş müharibəsi Rusiya imperiyasını taqətdən salmışdı. Vaxtilə işğaledilmiş, zorla çar Rusiyasının hakimiyyəti altına alınmış xalqlar, o cümlədənAzərbaycan türkləri vəziyyətdən istifadə edərək öz istiqlal və azadlıqlarınıelan etmək üçün səy göstərirdilər. Bir tərəfdən qonşuları və Avropa dövlətlərivəziyyətdən istifadə edərək Azərbaycana, onun zəngin torpaqlarına sahib çıxmaqistəyirdilər. Digər tərəfdən bolşevik Rusiyası varisi olduğu çar Rusiyasınınəsarətində olan millətləri və torpaqları əlində saxlamaq üçün hər cürfitnəkarlığa əl atırdılar. Bolşeviklər tərəfindən dəstəklənən, qızışdırılan,təşviq edilən ermənilər tərəfindən sağalmaz yaralar vurulmuş, hər cüridarəetmədən məhrum olan, hər an yox olmaq təhlükəsi ilə üzbəüz qalmış birmillətin halını göz önünə gətirin. Belə bir ağır zamanda Müsavat partiyası vəM.Ə. Rəsulzadə öndərliyində Azərbaycan Xalq Cümhuriyyəti qurulmuş, 1918-ci ilin9 noyabrında üç rəngli Azərbaycan bayrağı qəbul edilmiş və ölkənin hər yerindəəzəmətlə dalğalanmağa başlamışdı. Azərbaycan Dövlət bayrağının yaratdığı sevincvə qürur hissi ədəbiyyat, incəsənət adamlarının yaratdığı əsərlərdə vəsfedilirdi. Gənc və istedadlı Cəfər Cabbarlı da Azərbaycan bayrağına sevgisiniifadə etməkdən kənarda qalmır. 1919-cu ilin 25 avqustunda"Azərbaycan" qəzetində onun bayrağımıza həsr etdiyi"Sevdiyim", cəmi dörd günsonra isə elə həmin qəzetdə "Azərbaycan bayrağına" şeirləri çapolunur.

Şeirinmövzusu, məzmunu və kompozisiyası

Bayraqmənsubu olduğu millətin azadlığının, istiqlalının, kimlik və xarakterinin birsimvolu və ifadəsidir. "Azərbaycan bayrağına" şeirinin mövzu vəməzmununu təşkil edən, haqqında ən çox danışılan əsas dəyər bayraqdır. Cabbarlıən məhrəm, ən isti, sevgi və heyrət bildirən sözləri bayrağımızın vəsfindənəsirgəməmiş, şeirini ilk misrasından son misrasına qədər bayrağımızıntərənnümünə həsr etmişdir. Şair bayrağımızı vəsf edərkən müxtəlif bədiitəyinlərdən (göy yarpaqlı, al çiçəkli, yaşıl otlar), təşbehlərdən (bayrağınmələklərin qanadına bənzədilməsi), mübaliğələrdən (yıldızlardan, hilaldan dayüksəklərdə fırlanıyor) və başqa məcazlardan yararlanmışdır. O, Allaha xitabənbayrağımızın aparılan mübarizələrin, görülən işlərin nəticəsi olaraq ortayaçıxdığını söyləmiş, Azərbaycan istiqlalının, bayrağının göydən düşüdüyünü,təsadüf nəticəsində əldə edildiyini iddia edən müasir opponentlərinə o illərdən belə cavab vermişdir:

Allah,əməllərim edib

şu bayrağıintiqal,

Birər-birərdoğru olmuş,

bir adalmış: İSTİQLAL!

Şeiri şərtiolaraq üç hissəyə bölmək olar. Birinci hissədə, şair bayraq haqqındaduyğularını, həyəcanlarını, ona olan münasibətini, sevgisini ifadə etmişdir.İkinci hissədə bayrağın təsvirini verməklə, onun rənglərinin, üzərindəkiay-ulduzun mənalarını şeirin obrazlı dili ilə söyləmişdir. Üçüncü hissədə isəCabbarlı arzusunu bildirmişdir: şair Turanın qurulmasını və göy rəngli bayrağınTuranın üzərində dalğalanmasını arzulayır. Şeir möhkəm, yığcam birkompozisiyaya malikdir. Şeirin mətni öz içərisində parçalara ayrılsa da, buparçalar bir-birindən qopuq, dağınıq, nizamsız deyildir. Onların arasındaməntiqi bağlılıq və ardıcıllıq vardır. İlk misralar şeirə giriş hesab ediləbilər. Sonrakı hissələrdə fikir, duyğu inkişaf etdirilərək məntiqi sonluqla,şairin daha böyük arzusu ilə sona çatdırılmışdır.

"Azərbaycan bayrağına" şeirisentimental, daxili dünyaya yönəlik, pıçıltıyla söylənilməli bir şeir deyil. Buistiqlalını qazanmış, bütün çətinliklərə, təhlükələrə baxmayaraq "heçdənbir bayraq yapmış" bir millətin bağrından qopan, ruhundan daşanhiss-həyəcanın şeirdir, millətə, dünyaya səslənişdir! Bəlkə kiməsə şeirinahəngindəki pafos, yüksək tərənnüm ruhu süni, qeyri-təbii görünə bilər, ammaşeirin yazıldığı dövrü, Azərbaycan bayrağının hansı şərtlər altındaqaldırıldığını düşünsək, gənc Cabbarlının səmimiyyətinə hər hansı şübhə yeriqalmaz.

Şeirindili, sənətkarlığı və forma xüsusiyyətləri

"Azərbaycanbayrağına" şeiri "buraxınız" çağırışı ilə başlayır. Sözsüz ki,"buraxınız" sözü burada əsas mənasında - "qadağan etməyin" mənasındaişlənməmişdir. "Buraxmaq" çoxmənalı sözdür. "Azərbaycan dilininizahlı lüğəti"ndə bu felin 28 mənada işləndiyi göstərilmişdir. Sözün 4-cümənasında göstərilir ki, bu söz "yol vermək, imkan vermək, qoymaq"mənası daşıyır. 28-ci mənasında isə göstərilir ki, əmr şəklində"burax" (bir şeydən daşındırmaq üçün işlənir) - "baş qoşma, bəndolma, məşğul olma, əl çək, fikir vermə, onunla işin olmasın" mənalarındaişlənir. Şeirin ümumi məzmunundan anlaşılır ki, Cabbarlı "buraxınız"sözünü bu iki mənada (4-cü və 28-ci mənalarda) işlədə bilərdi. Fikrimicə, şairbu sözü 4-cü mənada işlətmişdir: "imkan verin, yol verin seyr edim,düşünüm, əzizləyim!"

Şeirin ilkmisrası ötkəmcəsinə səslənən, oxucunu dərhal təsiri altına alan dörd feldənibarətdir: buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım! Fellərin belə düzülüşütəsadufi deyildir. Şeirin kompozisiyasıüç felin-seyr edəyim, düşünəyim, oxşayayım fellərinə uyğun qurulmuşdur.Birinci parça şairin bayrağı seyr etməsindən duyduğu həyəcan və duyğularınanladılmasıdır. İkinci parça "düşünəyim" felinə uyğun olaraq bayrağınrəngləri və üzərindəki ay-ulduz haqqında şairin düşüncələridir."Oxşayayım" felinə uyğun olaraq isə şair arzularını dilə gətirmişdir.

Şeir dil baxımından sadə və anlaşıqlıdır.Mətni təşkil edən sözlərin tərkibinə baxsaq, onların nəinki o zaman gündəlikhəyatda danışılan bir dilə uyğunluğunu, hətta bu günün oxucusu üçün də aydınolan kəlmələrdən ibarət olduğunu görə bilərik. Mətndə bu günün oxucusu üçünanlaşılmaz söz ancaq "təcəddüdün" və "intiqal" kəlmələriolacaq ki, onların da "yeniləşmə" və"çevrilmək, yaratmaq" mənası ifadə etdiyi mətndən anlaşılır.Yerdə qalan sözlər açıq, aydın Azərbaycan türkcəsindədir. Yalnızca sözlərinorfoqrafiyası və tələffüzü o zaman dəbdə olan Osmanlı türkcəsindədir.

Cabbarlı şeirində təşbeh, mübaliğə, istiarə,məcaz, təkrir, bədii sual və sairə kimi bədii təsvir və ifadə vasitələrindənustalıqla istifadə edərək, Azərbaycan bayrağına olan sevgi, heyrət, fəxr etməduyğularını ortaya qoymuşdur. Üçüncü misrada "Mələklərin qanadımı üzəriməkölgə salan?" - deyə verdiyi bədii sualda şair həm də təşbeh yaratmışdır:bayraq mələklərin qanadına bənzədilmişdir. Misradakı "kölgə" sözü dəmüsbət anlamda işlənmişdir. Əsarət alovlarında alışıb-yanan insanın kölgəlik arzusuolduqca təbiidir və onun mələklərin qanadı ilə müqayisə edilməsi şairinheyrətinin və sevincinin təbii ifadəsi kimi ortaya çıxmışdır. Şair təsvirlərində obrazlı olduğu qədər,onların mənalandırmasında da dəqiq və sadədir.Bayrağın ortasındakı ay və ulduzun təsvirini verən şair yazır:"Kölgəsində ay əyilib bir gözəli qucmada, Qucaşaraq sevdiyilə yüksəklərəuçmada". Burada həm təşbeh (Ay oğlana, ulduz gözələ bənzədilib), həm dəistiarədən (ayın əyilib gözəli qucaqlaması və ayparanın əyri olmasının ayınəyilməsi kimi mənalandırılması) istifadə edilərək qüvvətli və mürəkkəb birməcaz yaradılmışdır. Təşbeh və istiarənin ustalıqla birləşdirilməsindənyaradılmış digər bir məcaza"Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərəuçmuşdur" misrasında da rast gəlirik.Əsarət qorxuncluğu, qaralığı ilə gecəyə, Odlar yurdu uçmağı ilə quşa(yada salaq ki, Azərbaycan xəritədə həm də uçan bir quşa oxşayır)bənzədilmişdir. "Səhərlərə uçmuşdur" ifadəsində("səhərlərə" sözü burada gələcəyi, azadlığı, sərbəstliyi ifadə edir)isə quşa məxsus hərəkət Odlar yurdunun üzərinə köçürülərək istiarə sənətinəmüraciət edilmişdir.

Ədəbiyyatşünaslıqdaşairin "birdən-birə söylədiyi fikirdən dönüb tamamilə başqa bir fikrimüdafiə" (C.Xəndan) etməsi "rücu" adlanır. Bayraqdakı rəngləriyarpaq, çiçək və yaşıl ot topasına bənzədən Cabbarlı sonrakı misrada rücudanistifadə edərək, əks fikir söyləyir və fikrini əsaslandırmaq üçün həyati səbəbəvə bədii məntiqə söykənir.

Göyyarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır,xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizimbayrağımız ucaları pək seviyor

Yıldızlardan,hilaldan da yüksəklərdə fırlanıyor.

Bu qısaca təhlildən də gördüyümüz kimi,"Azərbaycan bayrağına" şeiri bir tərəfdən Cabbarlının güclü poetikistedadının təsdiqidirsə, digər tərəfdən ruhumuzu coşduran, qəlbimizihəyəcanlandıran, bayrağımıza, istiqlalımıza sevgi yaradan bir bədii nümunədir.

VURĞUNƏYYUB

TƏQVİM / ARXİV