ELÇİLİK

FAİQ QİSMƏTOĞLU
39914 | 2013-04-27 00:49

...Qaşqaralanda maşın kəndə çatdı. Sükan arxasında olan Ramil fikirləşdi ki, bu dəfədə qız evi "yox" desə, hər şey alt-üst olacaq. Çünki bundan əvvəl düzdoqquz dəfə Ramilin ata-anası qızgilə gəlib, elçilik eləmişdilər. Bu elçilikisə hələ ki, alınmırdı. Qızın atası Tofiq kişinin tərsliyi tutmuşdu. Ancaq qızvə anası bu işə çoxdan razılıq vermişdilər. Qız da tez-tez istəkilisi Ramiləsifariş göndərirdi ki, görün, atamı yola gətirə bilirsinizmi?! Onun atası Tofiqkişini də yola gətirmək o qədər də asan deyildi...

...Hər dəfəelçilər qapıya gələndə Tofiq kişinin qanı qapqara qaralırdı. Sanki qapıyagələnlər qızı üçün elçiliyə deyil, ondan qisas almağa gəlirdilər. Tofiq kişi dəmaşın həyətə girən kimi özündən çıxırdı və deyirdi:

- Buköpəkuşağı, məndən nə istəyir?! A bala, səkkiz dəfə gəlmisiniz və demişəm ki,mənim sizə veriləsi qızım yoxdu. Oğlun getsin, tayın tapsın!..

Kişi beləzilə qalxanda həmişə arvadı Qönçə onu yumşaltmaq istəyirdi:

- Ay Tofiq,bir qız bir oğlanındı. Özün də bilirsən ki, Nigar heç kimi istəmir. Oğlan daqızımız Nigarla ali məktəbi bir oxuyub. Elə onda da əhdi-pehman eləyiblər ki,evlənsinlər!..

Tofiqkişinin qaşları çatıldı:

- Səninqızın nə deyib bilmirəm! Mən onu qardaşım oğlu Cəfərə verəcəm. Çünki qardaşımbu barədə bir dəfə mənə ağız açıb.

Qönçəarvadın Tofiqin qardaşı Əhməddən zəndinən-zəhləsi gedirdi. Bu evə düşəndən heçvaxt Əhməddən onun xoşu gəlmirdi. Hətta bir-iki dəfə aralarında söz-söhbət dəolmuşdu. Elə həmin vaxtdan Qönçə arvadlaƏhməd bir-biri ilə danışmırdı.

Qönçəarvad:

- Guya sənbilmirsən ki, Əhməd məni danışdırmır?! Məni danışdırmayan adamın oğluna qızvermərəm!..

Arvadınınbu sözlərindən Tofiq kişi daha da əsəbiləşdi, ağzını açıb, gözünü yumdu vədişinin dibindən çıxanı arvadına dedi:

- Sən nəvaxdan, qız yiyəsi olmusan?! Qız mənimdir! İstəyərəm, qardaşım oğluna verərəm,istəyərəm yada. Amma qardaşım oğluna verəcəm qızı. Arvadsan, get arvad işləriilə məşğul ol! Elə eləmə ki, səni dəli inək balasını ayaqlayan kimi, salımtəpiyimin altına, o ki, var çırpım! Bəlkə yadından çıxıb, siftə vaxtlardöydüklərim?!

Qönçə arvadətrafa diqqətlə baxdı və bir şey yadına düşmədi. Ancaq yenə dilini saxlamadı:

- A kişi,sənin bir sözünü mən heç vaxt iki eləməmişəm. Ağzım nədir ki, sözünün qabağınasöz deyim! Bilirəm ki, qızımız Nigarı məndən az istəmirsən. Ancaq sadəcəolaraq, bir şeyi yaxşı bilmirsən; o,qardaşının oğlu Cəfər ki, var ha, camaat deyir ki, narkomanın biridi. İndi sənnarkomana qız verirsən?! Oxumuş oğlan, savadlı adam qalıb bir kənarda, inditüfeyili adama qız vermək istəyirsən. Özün bilərsən?! Amma sabah, birisigün biriş çıxanda qalacaqsan ortalıqda. Əlindən bir iş gəlməyəndə, dişinin dibindənçıxanı mənə deyəcəksən və yeddi arxa dönəmimi söyəcəksən...

Deyəsən,arvadın axırıncı sözü Tofiq kişinin ağlına batdı. Bir balaca silkələndi. Sankiyatmışdı birdən oyandı. Kənddə son vaxtlar bir çox cavanlar axmaq-axmaq işlərəqurşanmışdılar. Bu axmaq-axmaq işlərdən biri də cavanların narokitikaya meylliolması idi. Tofiq kişi yaxşı bilirdi ki, qonşusu Cavanşirin oğlu narkotikaya qurşandığınagörə, ailəsi necə dağıldı.

Bayaqdangöynən gedən Tofiq kişinin bu sözlərdən sonra fısı elə yatdı ki, heç özü dəbunu hiss eləmədi. Dava-dava deyən Tofiq kişi mum kimi yumşalmışdı. Həttaarvadının gözlərinə diqqətlə baxandan sonra, bir az da kövrəlmişdi. Çünkiarvadı Qönçəyə yaşadıqları müddətdə gün verib, işıq verməmişdi. Yazıq Qönçəarvad bilmirdi uşaqlara baxsın, mal-qoyunu saxlasın, pambığa getsin,həyət-bacanı təmizləsin... yoxsa ədazilərinin yola versin! Elə bil Tofiq kişinin vicdanı oyanmışdı. Tofiq kişi biraşağı baxdı, bir də yuxarı. Tay heç bir şey demədi...

Qönçə arvadərinin yumşaldığını görüb, dedi:

- Elçilərbu gün də bizə gələcəklər. İnsafın olsun, iki sevəni bir-birindən ayırma! Ramilçox yaxşı oğlandı, özü də təzə işə düzəlib. Şəhərdə xəstəxanaların birindəcərrah işləyir. Bilirsən onun haqqında nə deyirlər?! Xəstələr deyirlər ki,Ramilin əli qızıldı. Hansı cərrahın yanına gedirik, bizi soyub-talayırlar vəüzərimizdə də yaxşı əməliyyat aparmırlar. Amma Ramilin cərrahiyyə əməliyyatıelədiyi xəstələrin hamısı ondan razıdı.

Tofiq kişi:

- Bəsdimənə yad oğlunu təriflədin! Hələ bilmək olmaz, o bizə necə yeznə olacaq?! Birdə ki, mən qızı ona versəm, gərək qardaşım Əhmədlə düşmən olam...

- Bıy,başına dönüm ay kişi, burda qorxulu nə var ki?! Qardaşına deyərsən ki, Nigarınürəyi kimi istəyir ona verəcəm. Qoy Nigarı özləri danışdırsın, razıdırsa, mənnə deyirəm. Ver qardaşın oğluna!

- Bilirsənarvad, belə demək asandı, mən qardaşım Əhmədi başa salana qədər, mənimki mənədəyəcək. Elə yaxşısı budur, onu səsləyim, o da gəlsin qapıya, hər şeyi onadanışım. Deyim ki, qoy qızı özləri dilə tutsun, mən deyərəm, inanmaz!..

- Bu lapyaxşı!..

Tofiq kişihəyətdən qardaşını səslədi. Əhməd bayıraçıxdı:

- Noulub,ay Tofiq!

- Bir bizəgəl, sözüm var...

Əhməd kişiqardaşı Tofiqgilin həyətinə gəldi. Hal-əhval tutdular və sonra da Tofiq kişimətləbə keçdi. Dedi ki, bir-iki dəfə qızın adını çəkmisiniz. İndi yoldaşınıgöndər, qoy qızın ağzın arasın, görsün, razıdır, onda bu məsələni rəsmiləşdirəkvə nişan qoyaq!

Əhməd kişidilləndi:

- Nolar.Yoldaşımım göndərərəm Nigarla söhbətləşər.

Sabahı günüƏhməd kişinin yoldaşı qapıya gəldi və Nigarla düz üç saat söhbət elədi. Ancaqonu yola gətirə bilmədi. Nigar dedi ki, əmim oğlu Cəfər mənim qardaşımdı. Adamda heç qardaşı ilə ailə qurarmı?! Xahiş eləyirəm bu məsələni bir də dilinizəgətirməyin.

Əhmədkişinin arvadı kor-peşiman evlərinə qayıtdı və ona dedi ki, qız razı deyil. Taybiz onu öldürməyəcəyik ki?! Neynəmək olar. Bu qız olmasın, başqa qız olsun.Əhməd kişi bu xəbəri eşidəndə bərk əsəbiləşdi və ilan kimi fısıldadı:

- Bunlarınhamısı o qancığın işləridi. Qardaşımın arvadı Qönçəni deyirəm. Hər şeyi opozdu. Yoxsa qardaşım buna razı idi...

Əhmədkişinin arvadı Sona dilləndi:

- A kişi,sən nə yapışmısan bu qardaşın qızından! Mən də öyrənmişəm ki, onun istədiyioğlan var. Doqquz dəfə qapılarına gəliblər, qardaşın Tofiq iki ayağını birbaşmağa dirəyib deyib ki, mənim sizə veriləsi qızım yoxdu...

...Maşın ondəqiqədən sonra Tofiq kişigilin həyətinə çatdı. Amma Ramil kəndə yaxınlaşandayolda düşdü və maşını idarə etmək üçün tələbə yoldaşı Natiqə verdi. Maşında isəRamilin atası Qaraş, anası Gülyaz əyləşmişdi. Onlar inanırdılar ki, bəlkə bugün Tofiq kişinin ürəyinə insaf düşdü, onları kor-peşiman geri qaytarmadı.Artıq Ramilin atasıgil öz kəndlərində gözdən düşmüşdülər. Camaat deyirdi ki,bir qapıya doqquz dəfə gediblər, kor-peşiman geri qayıdıblar...

...Qararəngli "Jeep" Tofiq kişigilin həyətinə onuncu dəfə daxil oldu. Qapıyabirinci Qönçə arvad çıxdı, sonra o biri uşaqları gəldi. Axırda Tofiq kişigöründü. Elçilər maşından düşdülər və sakit-sakit dayandılar. Hamının gözüTofiq kişidəydi. Tofiq kişi də bu dəfə yumşalmışdı. Sifətinə baxanda hissolunurdu ki, bu dəfə onları əliboş geri qaytarmayacaq.

Qonaqlarıiçəri dəvət etdilər. Ortalığa çay gətirdilər. Amma heç kim o çaydan bir qutumda içmədi. Qaraş kişi dedi:

- Ay Tofiqkişi, onuncu dəfədir sizin qapıya gəlirik, amma hər dəfə bizi kor-peşiman geriqaytarırsınız. Bu yazıq uşaqların günahı nədir?! Axı onlar hər ikisi bir-biriniistəyir, bircə qalır, sənin xeyir-dua verməyin!

Tofiq kişi qaşlarını çartdı və sonra da gözləriniətrafa zillədi:

- Mənim dəsizinlə elə bir qəsdi-qərəzliyim yoxdu, amma ürəyim üşüyür. Siz qonşu kənddən,biz də burdan. Allah eləməmiş, sabah yola getməsələr, mən nə edərəm?!

Qaraş kişi:

- Ayrəhmətliyin oğlu, hələ bizim nəsildən arvad boşayan kişi çıxmayıb! Ürəyini dəbuz kimi saxla, mən evimə gəlin yox, qız aparıram və sənin də bu balanıovcumuzun içində saxlayacağıq.

...Ortalıqdakıçay soyumuşdu. Heç kim əlini stəkana aparıb, o çaydan içmək istəmirdi və hamıTofiq kişinin son sözünü gözləyirdi...

Tofiq kişibir də diqqətlə stolun ətrafında əyləşən elçilərə baxdı, sonra arvadına baxdıvə gələcək qohumlarını başdan-ayağa diqqətlə süzdü. Sonra da dilləndi:

- Allahxeyir versin, xoşbəxt olsunlar!..

Busözlərdən sonra elçilərin sifətində bir təbəssüm yarandı, ürəkləri sakitləşdivə bayaqdan bəri soyuyan çaya əl uzatdılar. Tofiq kişi dedi ki, qoy çayıdəyişdirsinlər, təzəsin gətirsinlər, amma buna Ramilin atası Qaraş kişi razıolmadı. Bildirdi ki, elə bu çayı da şirin eləyib içmək olar...

...Tərsliyitutumuş Tofiq kişi necə yumşalmışdısa "hə" deyəndən sonra, gözləridolmuşdu. Bir anlıq qızının uşaqlığını xatırladı və onun necə sürətlə tezböyüdüyünü düşündü. Maşın qapıdan çıxdıvə yüksək sürətlə gözdən itdi...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV