adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2019 18:01
18527
DÜNYA
A- A+

Rusiya və NATO əməkdaşlığı tam olaraq dayandırıb

Rusiya və NATO mülki və hərbi xətt üzrə əməkdaşlığı tam olaraq dayandırıb.ONA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko RİA Novosti-yə müsahibəsində deyib.

"NATO özü Rusiya ilə münasibətlərə dair pozitiv gündəlikdən imtina edib. Bu əlaqələr mövcud deyil. NATO-nin bu vəziyyətdən necə çıxacağını bilməsinə dair əlamətlər də yoxdur”,- deyə nazir müavini bildirib.

Rusiya XİN müavini alyansın hərbi xətlə normal işçi təmaslarını dayandırmaq qərarını absurd hesab edir.