adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2019 17:59
12095
İDMAN
A- A+

Azərbaycan-Lixtenşteyn oyununun vaxtı və yeri müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində Lixtenşteyn yığması ilə oyun keçirəcək.

Adalet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, görüş 2019-ci il iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen Mauren" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Nəzərinizə çatdıraq ki, millimiz qrupda "Lixtenşteyn”lə yanaşı, ”Fransa”, "Slovakiya”, "İsveçrə” və "Gürcüstan" milliləri ilə 2-ci qrupda mübarizə aparacaq.