BİR SƏSƏ QOŞULUB GƏLDİM

ƏBÜLFƏT MƏDƏTOĞLU
82650 | 2013-04-27 00:48

Bu yazınıbeş il bundan öncə yazmışam. Daha dəqiq desəm, 2008-ci il aprel ayının19-da.Yazı "...Uzaqdan, lap uzaqlardan həzin bir səs ruhumu oxşayır və mənə eləgəlir ki, bu həzin səs sehrli bir gücə malikdir" cümləsi ilə başlayırdı.İndi aradan keçən beş il ərzində mən o səsinsahibi ilə bir az da doğmalaşdım, o səsə bir az da artıq könül verdim və bir dəgördüm ki, mən bu yerdən, bu torpaqdan qopub ayrılmışam... O səs məni özünə eləhopdurub, öz aurasına elə daxil edib ki, ondan kənarda qala bilmirəm...

İnanabilməyəcəksiniz... Heç sizi inanmağa da məcbur etmək fikrində deyiləm. Ammadünyada, həyatda elə şeylər var ki, ona mütləq inanmaq lazımdır. Çünki həmin o qeyri-adi, gözlənilməz, gözə görünməz olan varlıqmı deyim, möcüzəmideyim, sirmi deyim, hər nədisə bilmirəm, o, insana Allahın hökmü, Allahıniradəsi ilə özünü göstərir və məcbur edir ki, həmin hökmlə, həmin iradə iləözünü unudasan, özündən çıxıb gedəsən, bu dünyanın adamı olmayasan, bu dünyayaqayıtmaq istəməyəsən. Çünki sənin rahatlığın, sənin dincliyin, sənin xoşbəxtliyin,lap elə sənin özün o getdiyin yerdə, o olduğun yerdə hamıdan xoşbəxtsən,hamıdan rahatsan, hamıdan yüksəksən. Məgər dünyada bundan gözəl, bundanqiymətli, bundan zəruri başqa nə isə varmı? Axı biz hamımız ömür boyu hər şeyinyaxşısına, hər şeyin gözəlinə doğru can atırıq... ən rahat yeri axtarırıq... ənsakit guşəyə üz tuturuq və çalışırıq ki, hər şeyin yaxşısı, hər şeyin gözəlibizim olsun. Bunu da bizə Allah verir!! Sadəcə, bunu görəndə, bunu duyanda,dərk edəndə, özünü buna həsr edəndə sən istəyinə çatırsan... sən yerdən qopubayrılırsan...

Bütün buyazdıqlarım heç də gözəl, bəlağətli sözlər deyil. Bütün bunlar mənimyaşadıqlarımdı, mənim duyduqlarımdı. Bütün bunlar həm də məni öz qoynuna alıbhəmin o rahatlığa, o ucalığa qovuşduran qeyri-adiliyin təsdiqidi, ifadəsidi...

Çoxlarıkimi mən də musiqinin dəlisiyəm. Doğrudu, heç bir musiqi alətində ifa etməkqabiliyyətim yoxdu. Səmimi etiraf edim ki, bunu bacarmıram. Ancaq ailəmdə,çevrəmdə musiqini bilən, musiqi ilə məşğul olan kifayət qədər insanlar olub,indi də var. Digər tərəfdən doğulduğum torpaq məni musiqiyə bir az da yaxınedib. Bu yaxınlığı, həsrətini çəkdiyim yurd-yuvam, gecə-gündüz yuxumdançıxmayan Qarabağ acısı artırıbdı.

Ən çoxdarıxanda və bir də içimdə ağlamaq istəyəndə bir kənara çəkilirəm, musiqidinləyirəm. Mənim ifasını əvvəldən axıra kimi dinlədiyim barmaqsayımusiqiçilərimiz var. Dünya başıma dar gələndə, torpaq ayağımın altındanqaçanda, dərd belimi bükəndə Qədiri dinləyirəm... İslamı dinləyirəm... DədəSüleymanı dinləyirəm... Akif İslamzadəyə qulaq asıram... Rübabəyə, Şövkətxanıma pənah aparıram... Floranın səsinə söykənirəm və bir də onu dinləyirəm.İnanın, onu dinlədikcə içimdəki köz alovlanır... onu dinlədikcə qolumun,dizimin taqəti artır... onu dinlədikcə ruhum təzələnir... onu dinlədikcə sankiəlini uzadıb məni dərdin, ağrının içindən çəkib bir kənara qoyur... onudinlədikcə ümidim artır... onu dinlədikcə Qarabağa bir az da yaxınlaşıram,həsrətimə bir az da ürəklə, cəsarətlə meydan oxuyuram.

Çox qəribəsəsi var. O səsi ilk dəfə dinləyənlər ifaçını tanımaqda mütləq çətinlikçəkəcəklər. Bu hissi mən yaşamışam, bu məqam mənim üçün doğmadı. Çünki ilk dəfəmən onu dinləyəndə o, rəhmətlik İslam Rzayevin ansamblı ilə televiziyayagəlmişdi. Səsi eşidib televizor olan otağa keçdim və gördüm ki, mənim təsəvvüretdiyim ifaçı deyil. Oxuyangözəl-göyçək, xanım-xatın bir azəri qızıdı. Amma səs Ərəbzəngi səsidi...amma səs o qədər qaltanlıdı ki, onun məlahəti dinləyicini çaş-baş salır.Özümdən asılı olmadan mən bu ifaçını səhnəmizdə Ərəbzəngi rolunda təsəvvüretdim və gördüm ki, həmin o rolun ən yaxşı ifaçılarından biri olacaq birsəviyyədədir bu səsin sahibi.

Elə həmingündən yaddaşıma yazıldı... elə həmin gündən ürəyimin qapısından içəri keçdi -bu səs də, onun sahibi də. Arayıb-axtarıb təzə-təzə meydana çıxan audiomaqnitafonlar üçün olan kasetlərdə onun səsini əldə etdim. Bir könül dostum da,bir səs dostum da artdı. Sonra həyat eləgətirdi ki, sənətimlə bağlı onunla görüşdüm. O səsin sahibi ilə üzbəüz oturubhəmsöhbət oldum. Yenə açığını deyəcəm. Mən onunla həyatdan, musiqidən,təhsildən, səhnədən söhbət edəndə bir az da çaşdım. Çünki bu xanımınyanaşmaları tamam fərqli idi. O, hər şeyə öz nəzər nöqtəsindən diqqətyetirirdi... o hər şeyi gördüyü kimi, qəbul etdiyi kimi təqdim edir və onuhəmsöhbətinə rahatca çatdırırdı. İkinci suala, əlavə sorğuya yer qalmırdı. Baxonda inana bilmədim ki, bu cür ifaçı səsinin sahibinin bu qədər həlim və bir azda adi həmsöhbət səsi var. Deməli, Tanrı ona xanəndə səsi ilə, ifaçı səsi iləyanaşı, həm də bir qadın, bir ana, bir müəllim səsini də bağışlayıb. O dadinləyicisi üçün, tamaşaçısı üçün birinci səsin gözəlliklərindən istifadə edir,ailəsində, çevrəsində, görüşdüyü adamların, tələbələrinin yanında isə ikincisəslə.

Doğrudan damaraqlıdı və maraqlı olduğu qədər də qeyri-adi imkandı. Demək, hamınındinləyəcəyi səsi qorumağın üslubunu, qaydasını da Allah ona bəxş edib. Bu xanımxanəndəmizin özünəməxsus səsi ona görə də hər gün cilalanır, hər gün gözəlləşirvə hər dəfə də dinləyəndə o cilalanmış, o gözəlləşən səs adamı yerdən qoparıbaparır. O yerə aparır ki, orda o səsi dinləyirlər... orda o səsi gözləyirlər.Dünyada bundan gözəl nə isə ola bilər: - Səsin dinlənilir! Səsin gözlənilir!!!

Hə,barəsində danışdığım, daha doğrusu, ürəyimdə olanları kağıza köçürdüyüm buxanım xanəndəmiz mənim səsinə baş əydiyim Respublikanın Əməkdar Artisti BəstiSevdiyar qızı Sevdiyevadır. O, Azərbaycan Dövlət İncəsənət Universitetindəçalışır. Baş müəllimdir. Kifayət qədər pedaqoji təcrübəsi və gözəl tələbələrivar. Üstəlik, Bəsti xanım həm dəAzərbaycan musiqisinin, Azərbaycan muğamlarının nəsillərdən nəsillərəkeçməsində, yaşamasında kifayət qədər xidmətləri olan sənətkarlarımızdanbiridir. Hər dəfə onunla həmsöhbət olanda özündən daha çox muğamlarımızdan,musiqilərimizdən, tələbələrindən danışır. Bu gün orduda xidmət edəntələbələrinin adını xüsusi bir sevgi ilə, hörmətlə çəkir. Onlar üçün keçirdiyinarahatlığı dərhal səsindən tutmaq, duymaq olur.

Barəsindəyazmaq fikrinə düşəndə müxtəlif bilgilərə, yəni elektron və yazılı KİV- lərə üztutdum və öyrəndim ki, Bəsti xanım Azərbaycan musiqisini ölkəmizinhüdudlarından kənarda da çox böyük məharətlə, ustalıqla təbliğ edir. Onun təkcə ötən il Türkiyədə, Kıprısda verdiyimöhtəşəm konsertlər, eləcə də bu il aprelin ilk günlərində Muğam Mərkəzindəkisolo konserti böyük tamaşaçı auditoriyası ilə, onların alqışları ilə yaddaqalıb. Çünki muğamsevərlər belə bir ifanı, belə bir konserti səbirsizlikləgözləyirlər. Bəsti xanımın həmin solo ifası da milli musiqimizin azarkeşləri, pərəstişkarları,xiridarları üçün əsl töhfə olub.

Yaxıngünlərin söhbətidi. Qəzetlərin birində çap olunmuş bir müsahibə diqqətimiçəkdi. Həmin yazıda mənim üçün maraq doğuran bir neçə məqam var idi. Ona görədə tənbəllik etmədən respublika radiosuna telefon açdım. Bir faktıdəqiqləşdirmək istədiyimi bildirdim. Sağ olsunlar, sualıma məmnuniyyətlə cavabverdilər və mən bildiyim, ancaq şübhəli qaldığım faktın təsdiqini onlarındilindən aldım. Öyrəndim ki, Bəsti xanım Sevdiyeva böyük sənətə"Rast"la gəlib. O, ömrünün gənclik çağlarında oxuduğu bu"Rast" muğamı ilə kişi sənətkarlarımızı, xüsusilə Əlibaba Məmmədovu,İslam Rzayevi, Arif Babayevi, Süleyman Abdullayevi və digərləriniheyrətləndirib. Çünki mərhum sənətkarımız Həqiqət Rzayevadan sonra"Rast"ı oxuyan ilk qadın müğənni məhz Bəsti xanım idi. Bu damaraqlıdı ki, həmişə səsinin həsrətini çəkdiyim, yanğısı ilə yanğımı artıranmərhum Rübabə xanımdan sonra da "Humayun" muğamını da Bəsti xanım ifaedib. Onun hər iki ifası radionun "Qızıl Fond"unda ayı, günü, saatıgöstərilməklə bu gün də saxlanılır. Təəssüf ki, bəzən kimlərsə gerçəyi yagörmür, ya görmək istəmir, ya da sadəcə yanından ötüb keçir. Amma bu halın heçbiri tarixə düzəliş edə bilmir. Çünki tarix bir dəfə yazılır.

Mən Bəstixanımı operamızın səhnəsində də izləmişəm. Onun böyük Üzeyirin "Leyli vəMəcnun"unda Məcnunun anası rolunu necə məharətlə ifa etdiyini, necəalqışlandığını da görmüşəm. İndi xatırladığım bu adda-budda məqamlar Bəstixanımın həyatında, musiqidə, və bütövlükdə sənətdə keçən ömürünün çox qısa birgörüntüsüdü. Böyük anlamda bu gözəl ifaçımız musiqi yarışmalarında da münsiflikedib. Təkcə bu ilin aprelin ilk on günündə respublika universitetləri arasındaMədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqəni xatırlamaq bir pedaqoqkimi Bəsti xanımın gördüyü işlərin böyük əhatəsini də bir növ diqqətə çatdırabilər.

Gözəl birailənin xanımı olan, gözəl övladları ilə öyünən və müəllim-pedaqoq fəaliyyətinə böyük önəm verən Bəsti xanım bumaddi dünyada heç vaxt maddilik səviyyəsinə enməyib. Mən onu tanıdığım illərərzində bir dəfə də olsun bu xanımın kiminləsə maddiyyat barəsində söhbət etdiyini, maddiyyatı xatırlatdığını nəhiss etmişəm, nə də eşitmişəm. Bunu də təbii qəbul etmişəm. Çünki böyük Yaradanonu hamıdan fərqləndirib, onu hamıdan seçib və bu cür qeyri-adi bir səsi onabağışlayıb, bu cür istedadı ona verib, bu cür ailəyə sahib olub, bu cürdinləyici, tamaşaçı auditoriyası var. Milli - mənəvi dəyərlərə hörmət vəbağlılıq onun canındaır. Ən vacibi isə o, xanım sənətçi, xanım xanəndə kimisəsini, ifasını gözləyən dinləyici sevgisini qazanıb. Bu, hər adama nəsibolmur. İstəyir fərmanla xalq artisti ol, istəyir göstərişlə ən böyük titulunsahibi. Bu fərmanlar, bu titullar sevgi demək deyil, dinləyici, tamaşaçı deməkdeyil. Onu fərmansız, ancaq ifa və sənətlə qazanmaq mümkündür. Bunu da Bəstixanım qazanıb.

Yazın bucağında sənətini və səsini çox sevdiyim,Bəsti xanım haqqında qələmə aldığım bu yazını ona ithaf etdiyim birşeirlə başa çatdırıram. Düşünürəm ki, söz adamının sənət adamına bu hədiyyəsiyəqin ki, anlayışla qarşılanar.

İçimdənkeçib getdi

Dönmədi,geri o səs!

Yandırdıasimanı-

Titrətdiyeri o səs...

Ərzi nuraboyadı

Unutdurdusoyadı...

Dupdurudu,sayadı-

Diridi,diri, o səs...

Yurd deyibinlədiyi

Ruhumdaçinlədiyi...

Allahındinlədiyi-

Səslərdənbiri, o səs!

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV